Find your next opportunity

Newest first

İT üzrə Baş Mütəxəssis

NaVis Group

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Other Tech
First seen

Description

Bu vakansiya NaVis Group-un tabeli qurumlarından biri üçün elan edilmişdir.

Vəzifə Öhdəlikləri:

  • İT üzrə Baş Mütəxəssis öz əmək funksiyasını qüvvədə olan qanunvericiliyə, “Müəssisədaxili intizam qaydaları”na və digər müəssisədaxili qaydalara uyğun yerinə yetirir.
  • Şirkətin strateji və əməliyyat ehtiyaclarına uyğun olaraq İT üzrə illik fəaliyyət planını, prioritetləri və təkmilləşdirmə təşəbbüslərini hazırlamaq, İT xidmətlərinin keyfiyyətini və davamlılığını qiymətləndirmək, müvafiq SLA/KPI göstəricilərini müəyyənləşdirmək və nəticələr barədə rəhbərliyə hesabat təqdim etmək.
  • İT risklərini, resurs ehtiyaclarını və texnoloji asılılıqları qiymətləndirmək, risklərin azaldılması və xidmətlərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq, İT layihələrinin planlaşdırılmasını, resurs və vaxt bölgüsünü, icrasının koordinasiyasını və nəticələrin rəhbərliyə təqdim edilməsini təmin etmək.
  • Server, kompüter, şəbəkə, rabitə və digər İT avadanlıqlarının quraşdırılması, konfiqurasiyası, istismarı, monitorinqi və yenilənməsini təşkil etmək, texniki vəziyyətinə nəzarət etmək, LAN/WAN və simsiz şəbəkələrin dayanıqlığını, performansını və təhlükəsizliyini təmin etmək, yaranan nasazlıqların aradan qaldırılmasını koordinasiya etmək.
  • Əməliyyat sistemlərinin, korporativ proqram təminatının, elektron poçt, internet və digər İT xidmətlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək, İT aktivlərinin inventar uçotunu, konfiqurasiya sənədlərini və lisenziyalarını aktual saxlamaq, istifadəçi müraciətlərinin qeydiyyatını, prioritetləşdirilməsini və vaxtında həllini təşkil etmək, mürəkkəb insidentlərin aradan qaldırılmasını təmin etmək və ya müvafiq tərəflərə eskalasiya etmək.
  • İnformasiya aktivlərinin məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə texniki və təşkilati təhlükəsizlik tədbirlərinin tətbiqini təmin etmək, istifadəçi hesablarının və giriş hüquqlarının vəzifə səlahiyyətlərinə uyğun idarə olunmasına nəzarət etmək, imtiyazlı girişlərin təhlükəsizliyini xüsusi nəzarətdə saxlamaq.
  • Ehtiyat nüsxələmə, məlumatların bərpası və insidentlərdən sonra fəaliyyətin bərpası mexanizmlərini hazırlamaq, sınaqdan keçirmək və sənədləşdirmək, informasiya təhlükəsizliyi insidentlərini araşdırmaq, zəifliklərin və təhlükəsizlik yeniləmələrinin idarə olunmasını təmin etmək, risklərin aradan qaldırılması və insidentlərin təkrarlanmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.
  • Şirkətin biznes proseslərini dəstəkləyən informasiya sistemlərinin və məlumat bazalarının dayanıqlı fəaliyyətini, yenilənməsini və inteqrasiyasını koordinasiya etmək, istifadəçi tələblərini toplamaq və təhlil etmək, texniki tapşırıqların hazırlanmasında iştirak etmək, yeni sistem və proqram təminatının test və tətbiq proseslərini əlaqələndirmək.
  • İş proseslərinin avtomatlaşdırılması, məlumat mübadiləsinin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi üzrə təşəbbüslər hazırlamaq, şirkətin internet resurslarının və veb-səhifəsinin texniki əlçatanlığının və təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq işləri koordinasiya etmək.
  • İT xidmətlərinin vəziyyəti, insidentlər, risklər, layihələr, İT aktivləri və büdcə üzrə dövri hesabatlar hazırlamaq və Baş direktora təqdim etmək, İT sahəsi üzrə daxili qaydaların, təlimatların, texniki standartların və əməliyyat prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.
  • İT xərcləri və investisiya ehtiyacları üzrə məlumatları toplamaq, büdcə təklifləri hazırlamaq, struktur bölmələrin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, müvafiq həll variantlarını təqdim etmək, onların tətbiqini koordinasiya etmək və ayrılmış resurslardan səmərəli istifadəyə nəzarət etmək.
  • İT xidmətlərinin təhlükəsizliyinin və davamlılığının təmin edilməsi məqsədilə aidiyyəti struktur bölmələrdən zəruri texniki tədbirlərin görülməsini, məlumat və sənədlərin təqdim edilməsini tələb etmək, İT sistemləri, infrastruktur və informasiya təhlükəsizliyi üzrə təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək, habelə İT resurslarından istifadə və giriş hüquqlarının tənzimlənməsi ilə bağlı təkliflər vermək.
  • İT layihələri və texniki məsələlər üzrə daxili və xarici mütəxəssislərlə əməkdaşlığı və koordinasiyanı təmin etmək, texniki risk və insidentlər üzrə operativ qərarlar qəbul etmək, səlahiyyət həddini aşan və ya biznes fəaliyyətinə əhəmiyyətli təsir göstərən halları dərhal rəhbərliyə eskalasiya etmək.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil, informasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri, telekommunikasiya və ya əlaqəli sahələrdə;
  • Mülki hüquq, inzibati hüquq və nəqliyyat hüququ sahəsində biliklər, müqavilə hüququ üzrə peşəkar təcrübə, normativ-hüquqi aktlarla işləmək bacarığı.
  • İT sahəsində minimum 5 il iş təcrübəsi; infrastruktur, sistem inzibatçılığı, şəbəkə və/və ya informasiya təhlükəsizliyi istiqamətlərindən ən azı ikisi üzrə praktik təcrübə;
  • Azərbaycan dili – sərbəst; ingilis dili – texniki sənədləri oxumaq və yazışma aparmaq səviyyəsində; rus dili – üstünlükdür;
  • İT infrastrukturu, informasiya sistemləri və şəbəkə texnologiyaları üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik prinsiplərini bilmək;
  • İT layihələrinin idarə edilməsi və texniki proseslərin təşkili bacarığı;
  • İT risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi bacarığı;
  • Analitik düşünmə və texniki problemləri təhlil etmə bacarığı;
  • İT büdcəsinin planlaşdırılması və xərclərin təhlili üzrə biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik.

Təklif Edilir:

  • Tibbi sığorta;
  • Korporativ iş nömrəsi;
  • Dinamik və inkişafyönümlü iş mühiti;

Ünvan:

  • Bakı şəh., Sumqayıt şosesi 3, AZ1117.

Apply at the source

This role was published by NaVis Group and listed via Canscreen. Applications are handled there, not on this site.

View & apply on canscreen.io ↗