Kart və POS ödəniş sistemləri üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Other Tech
- Posted
- Deadline
Description
Vəzifə öhdəlikləri
Ödəniş sistemlərinə məxsus Visaonline.com, Mastercardconnect.com saytları ilə işləmək bacarığı;
Ödəniş sistemlərindən daxil olan mandatory və bülletenləri izləmək, rəhbərliyə məlumat vermək və zəruri addımların atılmasını koordinasiya etmək;
VISA və MasterCard üzrə invoysların təhlili;
Kart məhsullarının, Ekvayrinq, POS terminalların gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
Kart məhsullarına aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində fəal iştirak etmək;
Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tətbiq edilməsinə dair lazımi işlərin aparılması;
Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması;
Yeni kart məhsullarının yaradılması və inkişaf layihələrində aktiv iştirak etmək;
VISA və MasterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması.
Namizədə tələblər
Ali təhsil;
Bank sahəsində minimum 3 il təcrübə;
Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
Dil bilikləri: yaxşı səviyyədə rus və ingilis dili bilikləri;
Ödəniş sistemləri (Visa, Mastercard) ilə iş təcrübəsi;
Biznes yönümlü;
Analitik düşüncə;
Problemləri həll etmək bacarığı;
Yeni kart məhsulunun end to end yaradılması bacarığı;
Komandada işləmək və idarəçilik bacarığı.
Maraqlanan namizədlər CV-lərini hr@yapikredi.com.az ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by Yapı Kredi Bank and listed via Work.az. Applications are handled there, not on this site.
Original posting: https://www.work.az/vakansiyalar/kart-ve-pos-odenis-sistemleri-uzre-aparici-mutexessisbas-mutexessis