Find your next opportunity

Newest first

İT BA üzrə baş mütəxəssis

EDDE Global

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Other Tech
Posted
Deadline

Description

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri İT BA üzrə baş mütəxəssis vəzifəsinə

müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə, şirkətin strateji hədəflərinə uyğun olaraq biznes

tələblərinin təhlili, optimallaşdırılması və texniki həllərə çevrilməsi

prosesinə rəhbərlik edir. Baş mütəxəssis olaraq siz, mürəkkəb biznes proseslərini

analiz edərək məhsul və xidmətlərin inkişafına töhfə verəcək, layihələrin idarə

olunmasında fəal iştirak edəcək və komandanın gənc üzvlərinə mentorluq etməklə

Mükəmməllik Mərkəzinin (CoE) standartlarının inkişafını təmin edəcəksiniz.

Öhdəliklər

  • Yüksək

prioritetli biznes tələblərini toplamaq, təhlil etmək, sənədləşdirmək və

optimallaşdırmaq;

  • Strateji

biznes qərarlarını dəstəkləmək üçün böyük həcmli verilənləri təhlil etmək

və modellər tətbiq etmək;

  • Şirkətin

biznes və İT strategiyalarına uyğun olaraq BPMN və ya UML modelləri ilə

proses axınları yaratmaq;

  • Test

ssenarilərinin QA komandası ilə birgə hazırlanmasında və istifadəçi qəbul

testlərinin (UAT) aparılmasında iştirak etmək;

  • Mükəmməllik

Mərkəzi (CoE) standartlarına uyğun olaraq texniki sənədlərin

hazırlanmasını və idarə olunmasını təmin etmək;

  • Biznes

proseslərinin optimallaşdırılması üçün yeni yanaşmalar və avtomatlaşdırma

imkanları təklif etmək.

Bilik və Bacarıqlar

  • Tələblərin

idarə edilməsi (BRD, FRD, NFRD, User Stories, Acceptance Criteria);

  • Proseslərin

modelləşdirilməsi (BPMN, UML) və müvafiq alətlərlə iş təcrübəsi (məs.,

Camunda, Bizagi);

  • SDLC və

çevik metodologiyalar (Agile, Scrum, Kanban) üzrə dərin biliklər;

  • Analitik

təhlil və hesabatlılıq üçün SQL sorğularının hazırlanması;

  • Sistem

inteqrasiyası bilikləri (REST/SOAP API, RabbitMQ, Kafka);

  • CI/CD

proseslərinin və testləşdirmənin analiz keyfiyyətinə təsirini anlamaq;

  • Jira və

Confluence alətlərindən mükəmməl səviyyədə istifadə;

  • Güclü

analitik təfəkkür, mürəkkəb problemləri həll etmə bacarığı və detallara

diqqət;

  • Kök səbəb

analizi (RCA) metodları ilə keyfiyyət sapmalarının təhlili;

  • Texniki

komanda və biznes tərəfi arasında effektiv kommunikasiya və münaqişələrin

həlli;

  • Gənc

analitiklərə mentorluq etmək və liderlik bacarıqları;

  • Dil

bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • İnformasiya

Texnologiyaları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil

(bakalavr dərəcəsi);

  • İT

Biznes Analizi və ya oxşar sahədə 3-5 il iş təcrübəsi;

  • İİBA-CBAP,

PMI-PBA, SQL, Power BI və proqramlaşdırma dilləri üzrə sertifikatlar

arzuolunandır.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların

qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin

uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar,

dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni

biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı

davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə

dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya

qoyulan iş mühiti.

Apply at the source

This role was published by EDDE Global and listed via Hrin Co. Applications are handled there, not on this site.

View & apply on hrin.az ↗