Find your next opportunity

Newest first

İT Direktoru

AzTelco Group

Location
Baku
Employment
Full-time
Category
Other Tech
First seen

Description

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin biznes prioritetlərinə uyğun İT strategiyasını,

texnoloji yol xəritəsini və illik İT büdcəsini hazırlamaq və icrasını təmin etmək;

  • İT infrastrukturu, şəbəkələr, sistemlər və korporativ tətbiqlərin

dayanıqlığını, əlçatanlığını və məhsuldarlığını təmin etmək;

  • İnformasiya təhlükəsizliyi, kiberrisklər, ehtiyat nüsxələmə

və fəlakətdən bərpa tədbirlərini aidiyyəti funksiyalarla əlaqələndirmək;

  • İT xidmətlərinin səviyyə göstəricilərini (SLA), insidentlərin

həlli müddətlərini və xidmət keyfiyyətini izləmək;

  • Rəqəmsallaşma, avtomatlaşdırma və sistem inteqrasiyası təşəbbüslərinə

rəhbərlik etmək, nəticələrini qiymətləndirmək;

  • İT investisiyaları və kapital xərcləri (CAPEX) üzrə biznes əsaslandırmalarını

hazırlamaq, layihələrin müddət və büdcəsinə nəzarət etmək;

  • Texnologiya təchizatçıları, lisenziyalar, müqavilələr və

xarici xidmət təminatçıları üzrə performansa nəzarət etmək;

  • İT komandasını idarə etmək, resurs planlaşdırmasını, biliklərin

ötürülməsini və davamlı təkmilləşməni təmin etmək;

  • Telekommunikasiya şəbəkələri, data mərkəzləri və kritik

texnoloji infrastrukturun dayanıqlığı və fasiləsiz fəaliyyətini aidiyyəti

texniki bölmələrlə koordinasiya etmək;

  • Şəbəkə və İT xidmətlərinin monitorinqi, insidentlərin

eskalasiyası və bərpası üzrə prosesləri aidiyyəti struktur bölmələrlə əlaqələndirmək,

kritik nasazlıqların vaxtında həllinə nəzarət etmək;

  • Məxfi və kommersiya baxımından həssas məlumatların

qorunmasını təmin etmək;

  • Şirkətin daxili siyasət, prosedur və etik davranış

standartlarına riayət etmək;

  • Səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilmiş və vəzifənin

mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • İnformasiya texnologiyaları, kompüter elmləri, mühəndislik

və ya əlaqəli sahə üzrə ali təhsil;

  • İT strategiyası, İT xidmətlərinin idarə edilməsi,

infrastrukturlar, bulud texnologiyaları, korporativ sistemlər və rəqəmsal

transformasiya;

  • İT sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən ən azı

4 il rəhbər vəzifədə iş təcrübəsi;

  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili üzrə

minimum B2 səviyyəsi; rus dili arzuolunandır; İT idarəetmə, layihə izləmə və

hesabatlılıq alətləri ilə işləmək bacarığı;

  • Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi prinsipləri,

İT riskləri, biznesin davamlılığı, SLA/KPI idarəetməsi, texnoloji layihələr və

İT CAPEX planlaşdırılması üzrə praktiki biliklər. ITIL, PMP, CISSP və ya oxşar

sertifikatlar üstünlükdür;

  • IP/MPLS, DWDM/SDH, fiber-optik şəbəkələr, data mərkəzləri,

şəbəkə monitorinqi və NOC əməliyyatları haqqında biliklər üstünlükdür.

Apply at the source

This role was published by AzTelco Group and listed via Canscreen. Applications are handled there, not on this site.

View & apply on canscreen.io ↗