İT proseslərinin idarə edilməsi üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
IT proseslərinin standartlaşdırılması, sənədləşdirilməsi, icrasının izlənilməsi və davamlı təkmilləşdirilməsində iştirak etmək, informasiya təhlükəsizliyi tələblərinin gündəlik İT proseslərinə inteqrasiyasına dəstək göstərmək.
Dəyişikliklərin (Change Management), insidentlərin (Incident Management), giriş hüquqlarının (Access Management), üçüncü tərəflərlə işin (Third-Party Management), proqram təminatının quraşdırılmasının (Software Installation Management) və serverlərin qeydiyyatının (Server Registration) idarə edilməsi üzrə prosesləri sənədləşdirmək və təkmilləşdirilməsində iştirak etmək;
Proseslər üzrə prosedurlar, iş axınları, yoxlama siyahıları və məsuliyyət bölgüsü cədvəlləri (RACI) hazırlamaq, proses sahibləri və icraçıları ilə razılaşdırılmasına dəstək göstərmək;
Yeni sistemlərin, servislərin, inteqrasiyaların və istismar mühitində (production) dəyişikliklərin tətbiqindən əvvəl tələb olunan risk qiymətləndirmələrinin, sınaq nəticələrinin, geri qaytarma planlarının və təsdiqlərin mövcudluğunu izləmək;
İstifadəçi girişlərinin verilməsi, dəyişdirilməsi, dövri nəzərdən keçirilməsi və ləğvi üzrə sorğuların qeydiyyatlı, təsdiqli və müəyyən edilmiş müddətlərdə icrasını izləmək, kənarlaşmaları aidiyyəti şəxslərə bildirmək;
İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə yeni serverlərin yaradılması, proqram təminatının quraşdırılması, təchizatçıların cəlbi və sistemlərin istismara verilməsi proseslərinə təhlükəsizlik tələblərinin daxil edilməsində iştirak etmək;
Jira və Jira Service Management üzərindən sorğu, insident və dəyişikliklərin qeydiyyatını, aidiyyəti üzrə yönləndirilməsini, təsdiq mərhələlərini və statuslarının aktuallığını izləmək;
Jira-da iş axınlarının (workflow), sorğu formalarının, təsdiq mexanizmlərinin və avtomatlaşdırma qaydalarının qurulmasında və təkmilləşdirilməsində iştirak etmək;
SLA və KPI göstəricilərini izləmək, gecikən və açıq qalan müraciətlər üzrə aidiyyəti şəxsləri məlumatlandırmaq, müəyyən edilmiş qaydada eskalasiya etmək;
JQL sorğuları, filtrlər və Jira dashboard-ları vasitəsilə proseslərin icrası, gecikmələr və təkrarlanan problemlər barədə hesabatlar hazırlamaq;
Confluence üzərindən prosedurları, istifadə təlimatlarını, proses sənədlərini və bilik bazasını aktual saxlamaq;
Konfiqurasiya elementləri bazasında (CMDB) sistemlər, servislər, onların sahibləri, məsul şəxslər, kritiklik səviyyələri və infrastruktur asılılıqları barədə məlumatların aidiyyəti şəxslər tərəfindən yenilənməsini izləmək;
Daxili və xarici auditlər üçün proses qeydlərini, təsdiqləri və icra sübutlarını toplamaq və sistemləşdirmək, uyğunsuzluqlar üzrə tədbirlərin icrasını izləmək;
İnsidentlər və proses kənarlaşmaları üzrə təhlillərin nəticələrini sistemləşdirmək, təkrarlanmanın qarşısının alınmasına dair tədbirləri izləmək;
Əməkdaşlara proseslərin tətbiqi və müvafiq alətlərdən istifadə üzrə metodoloji dəstək göstərmək;
Dəyişən texniki, təhlükəsizlik və təşkilati tələblər əsasında proseslərin yenilənməsi və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
Requirements
İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
İT prosesləri, ITSM, İT xidmətlərinin idarə edilməsi və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
İT proseslərinin sənədləşdirilməsi, tətbiqi və icrasının izlənilməsi üzrə praktiki təcrübə;
ITIL prinsipləri, xüsusilə dəyişikliklərin, insidentlərin, problemlərin, xidmət sorğularının, xidmət səviyyələrinin və konfiqurasiyaların idarə edilməsi üzrə biliklər;
Jira və Jira Service Management ilə praktiki iş təcrübəsi, iş axınları, sorğu növləri, təsdiq mərhələləri, növbələr (queues) və SLA mexanizmləri ilə işləmək bacarığı;
JQL vasitəsilə sorğuların yazılması, filtrlərin və dashboard-ların hazırlanması bacarığı;
Jira Automation vasitəsilə bildirişlərin, yönləndirmələrin və digər təkrarlanan əməliyyatların avtomatlaşdırılması üzrə biliklər;
Confluence-də sənədləşdirmə və bilik bazasının təşkili üzrə təcrübə;
Prosedurların, proses diaqramlarının, yoxlama siyahılarının, RACI cədvəllərinin və icra hesabatlarının hazırlanması bacarığı;
Giriş hüquqlarının idarə edilməsi, minimal səlahiyyət prinsipi, vəzifələrin ayrılması (SoD), dəyişikliklərin təsdiqi və audit izləri barədə biliklər;
CMDB, İT aktivlərinin uçotu və sistemlərarası asılılıqlar barədə anlayış;
Serverlər, şəbəkələr, tətbiqlər, inteqrasiyalar və proqram təminatının istismara verilməsi üzrə ümumi texniki biliklər;
Analitik düşüncə, detallara diqqət, sistemli sənədləşdirmə və tapşırıqların icrasını izləmək bacarığı;
Müxtəlif komandalarla effektiv ünsiyyət və koordinasiya bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı.
Üstünlük verilən bilik və təcrübə
ITIL sertifikatı;
Jira və Confluence üzrə inzibatçılıq təcrübəsi;
Jira Service Management Assets və ya digər CMDB alətləri ilə iş təcrübəsi;
BPMN, Microsoft Visio və ya draw.io vasitəsilə proseslərin modelləşdirilməsi;
ISO/IEC 27001, ISO/IEC 20000 və COBIT üzrə biliklər;
Üçüncü tərəf riskləri, giriş hüquqlarına dövri baxış və fəaliyyətin davamlılığı proseslərində iştirak;
Audit hazırlığı və düzəldici tədbirlərin izlənilməsi üzrə təcrübə;
REST API və inteqrasiyalar vasitəsilə İT proseslərinin avtomatlaşdırılması üzrə təcrübə.
Apply at the source
This role was published by Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi and listed via Hr Rmm Mof.az. Applications are handled there, not on this site.
Original posting: https://hr-rmm.mof.az/vacancies/92d2b2ce-6e88-4fb8-a9f0-44539462b28a