İT menecer
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
- Deadline
Description
İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək;
Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək;
Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək;
Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək;
Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək;
Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək;
İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək.
İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər;
CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış;
IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında bilikləri;
Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı;
Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı;
Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Üstünlükdür:
İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində təcrübə;
Layihə və avadanlıq seçimi üzrə təcrübə.
Biz nə təklif edirik?
Peşəkar və dinamik komandada iş;
İT və təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı;
Peşəkar inkişaf və karyera imkanları;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini M****üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by AEM Elektron and listed via JobSite.az. Applications are handled there, not on this site.
Original posting: https://jobsite.az/vakansiya-is-elani/it-menecer-29356