İT Mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Other Tech
- First seen
Description
Əsas vəzifə öhdəlikləri:
IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın sistemlərinin quraşdırılması və ilkin sazlanması;
Avadanlıqların şəbəkəyə qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması;
Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı nasazlıqların aşkarlanması və aradan qaldırılması;
Müştərilərə avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi;
Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll edilməsi;
Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin aparılması;
Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki qeydlərin aparılması;
Satış və texniki komandaya avadanlıqların texniki imkanları barədə dəstək göstərilməsi.
Üstünlükdür:
CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki təcrübə;
Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi sahəsində təcrübə.
Biz nə təklif edirik?
Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı;
Praktiki texniki biliklərin inkişafı;
Peşəkar inkişaf və karyera imkanları;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
Requirements
Namizədə tələblər:
İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə biliklər;
IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları barədə praktiki biliklər;
Kabel infrastrukturu, şəbəkə bağlantısı və avadanlıqların sazlanması üzrə anlayış;
Texniki nasazlıqları müəyyən etmək və müstəqil həll yolları tapmaq bacarığı;
Məsuliyyətlilik, operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
Obyektlərdə texniki işlərin aparılmasına hazırlıq.
Müraciət et
Asan müraciət
İndi müraciət et
CV-lər
Cv yoxdur
Müraciət et
Ad:
Soyad:
Email:
Telefon nömrəniz:
Cv endir:
Müraciət et
Apply at the source
This role was published by AEM Elektron and listed via 1is.az. Applications are handled there, not on this site.
Original posting: https://1is.az/vacancy/23537