Find your next opportunity

Newest first

İpoteka sahəsinin QA üzrə aparıcı mütəxəssisi

ABB

Location
Not specified
Employment
Full-time
Level
Supervisor
Category
QA & Testing
Posted
Deadline

Description

Gör ə c ə yiniz işl ə r:

Bankın proqram təminatı, rəqəmsal məhsulları və API inteqrasiyaları üzrə mürəkkəb Test Planlarının, Test Case-lərin və Test Ssenarilərinin hazırlanması;

Web, mobil (iOS/Android) və Backend (REST API) platformalarında mürəkkəb funksional, regression, sanity və smoke testlərinin icra edilməsi;

Postman və Swagger alətləri vasitəsilə API inteqrasiyalarının ətraflı test edilməsi;

Məhsul buraxılışları (Release Governance) zamanı regression testlərinin əhatə dairəsinin təhlil edilməsi, buraxılış risklərinin qiymətləndirilməsi və QA rəyinin formalaşdırılması;

Keyfiyyət göstəricilərinin (Defect Leakage Rate, Test Coverage, Pass/Fail dinamikası) izlənilməsi və aşkar edilmiş defektlərin kök səbəblərinin (Root Cause Analysis) təhlil edilməsi;

Jira və Xray platformalarında test proseslərinin və defektlərin strukturlaşdırılması, regression matrislərinin aktual saxlanılması;

SQL sorğuları vasitəsilə verilənlər bazalarında mürəkkəb məlumatların, tranzaksiyaların və biznes məntiqinin yoxlanılması;

Junior və Middle səviyyəli QA mühəndislərinə metodoloji dəstəyin göstərilməsi və test dizaynı texnikalarının düzgün tətbiqinin təmin edilməsi;

Testlərin avtomatlaşdırılması imkanlarının (Automation Feasibility) qiymətləndirilməsi, uyğun testlərin avtomatlaşdırılması və avtomatlaşdırılmış testlərin aktual saxlanılması.

Bizim üçün uyğun namiz ə d:

SDLC/STLC və Test Dizaynı: SDLC/STLC mərhələlərini, test metodologiyalarını və test dizayn texnikalarını təcrübədə sərbəst tətbiq etmək bacarığı;

Sistem Alətləri: Jira və Xray (və ya Zephyr) üzərindən test axınlarını, test keysləri və defektləri rahat idarə etmək;

Verilənlər Bazası: Mürəkkəb SQL sorğuları yazaraq relational verilənlər bazalarında məlumatları sərbəst yoxlamaq bacarığı;

DevTools və Şəbəkə Axını: DevTools vasitəsilə sorğuların (Network requests) axınını izləmək və xətaları rahatlıqla aşkar etmək;

Backend & Frontend: Sistemlərin həm görünən (Frontend), həm də arxada çalışan (Backend) hissələrinin iş prinsipini və qarşılıqlı inteqrasiyasını anlamaq;

CI/CD : CI/CD pipeline-larının ümumi strukturunu və testlərin bu axına inteqrasiya prinsiplərini bilmək;

Risk-Based Testing: Testləri risk dərəcəsinə görə prioritetləşdirmək və kritik funksionallıqlara daha çox fokuslanmaq bacarığı;

Regression Setləri və Əhatə Dairəsi: Regression setlərini (Regression suits) düzgün formalaşdırmaq, onları güncəl saxlamaq və reliz öncəsi test əhatəliliyini (Test Coverage) idarə etmək;

Apply at the source

This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.

View & apply on careers.abb-bank.az ↗