İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminin idarəedilməsi üzrə məsul şəxs
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Security
- Posted
Description
📍 Unicapital
Vəzifə Öhdəlikləri:
Şirkət daxilində mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara (PCI DSS, ISO 27000) uyğun qurulmasında və təkmilləşdirilməsində dəstək olmaq;
Korporativ “ISMS” sisteminin standartlara uyğunluğunu izləmək, sistemin tərkibi və dəstəkləyici sənədlərin yaradılması və aktuallığının təmin edilməsi;
İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların icrasına nəzarət etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, komplayns, sertifikasiya və re-sertifikasiya proseslərinə dəstək vermək;
Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
Maarifləndirmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının yaradılmasına və yenilənməsinə dəstək göstərmə
Vəzifəyə olan tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27000, PCI DSS və s.) və ən yaxşı təcrübələr haqqında biliklər;
İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək və yeni biliklər əldə etmək istəyi;
Sənədləşmə işlərinin aparılması, siyasət, prosedur, və korporativ standartların hazırlanması və yazılması üzrə təcrübə;
Müasir təhlükələr, boşluqlar və mühafizə texnologiyaları barədə biliklər və bu sahədə təcrübə artırma bacarıqları;
Təhlil və problemləri həll etmə bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti və dəqiqlik;
ISO/IEC 27000, ISO/IEC 20000, PCI DSS standartları üzrə biliklər;
Yuxarıda qeyd olunan standartların implementasiyası və ya auditində iştirak təcrübəsi (üstünlükdür).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by Unicapital and listed via Work.az. Applications are handled there, not on this site.
Original posting: https://www.work.az/vakansiyalar/informasiya-tehlukesizliyinin-idareetme-sisteminin-idareedilmesi-uzre-mesul-sexs