İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (Kibermüdafiə üzrə)

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Location
Baku
Employment
Full-time
Level
Supervisor
Category
Security
Posted

Description

  • NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • İnformasiya təhlükəsizliyi siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
  • Təhlükəsizlik alətlərindən gələn bildirişlərə cavab vermək, risklərlə bağlı analiz aparmaq, onların təsir dairəsini müəyyənləşdirmək və aradan qaldırma addımlarını təyin etmək;
  • Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması;
  • EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi;
  • SIEM və XDR sistemləri üçün real zamanlı təhdidləri aşkarlayan analitik qaydaların (detection rules) hazırlanması, test edilməsi və tətbiqi;
  • Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası;
  • İnsidentlər, tapıntılar və tövsiyələr üzrə ətraflı hesabatların hazırlanması, texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması.

Requirements

E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, ELK, SOAR) ilə iş təcrübəsi;

Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;

Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.

Təhsil səviyyəsi:Bakalavr

İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və informasiya texnologiyaları üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür)

Qeyd edilən sertifikatlardan birinin və ya bir neçəsinin olması üstünlükdür: CompTIA Security+, BTL, CCD, OSDA, OSTH, OSIR

Müvafiq sahə üzrə təcrübə:1-3

İngilis dili bilik səviyyəsi:Orta-üst səviyyə

Səriştələr:

Peşəkar ekspertiza, Hərəkətə meyllilik, Məsuliyyət və hesabatlılıq

Müraciət üçün (CV) : https://careers.oilfund.az/dashboards/apply-vacancy-wt-form/144

Apply at the source

This role was published by Azərbaycan Respublikası Dövlət Neft Fondu and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗