İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (Kibermüdafiə üzrə)
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Supervisor
- Category
- Security
- Posted
Description
Fondda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyasına müraciət etməklə, Siz təşkilatın kibertəhlükəsizlik strategiyasının real iş mühitində tətbiqinə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və davamlı risklərin idarə olunmasına birbaşa töhfə vermək imkanı əldə edəcəksiniz.
- NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- İnformasiya təhlükəsizliyi siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
- Təhlükəsizlik alətlərindən gələn bildirişlərə cavab vermək, risklərlə bağlı analiz aparmaq, onların təsir dairəsini müəyyənləşdirmək və aradan qaldırma addımlarını təyin etmək;
- Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması;
- EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi;
- SIEM və XDR sistemləri üçün real zamanlı təhdidləri aşkarlayan analitik qaydaların (detection rules) hazırlanması, test edilməsi və tətbiqi;
- Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası;
- İnsidentlər, tapıntılar və tövsiyələr üzrə ətraflı hesabatların hazırlanması, texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması.
Apply at the source
This role was published by SOFAZ (Oil Fund) and listed via Oilfund Jobs. Applications are handled there, not on this site.
Original posting: https://careers.oilfund.az/authentication/active-vac?tab=1