İnfrastruktur təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Supervisor
- Category
- Security
- Posted
Description
Vəzifə öhdəlikləri:
Yeni informasiya təhlükəsizliyi alətlərinin araşdırılması, qiymətləndirilməsi və seçimi prosesində iştirak etmək;
Müxtəlif təhlükəsizlik sistemlərinin (NGFW, DDoS, IDS/IPS, WAF, NAC, PAM, DLP və s.) qurulması, idarə edilməsi və baş verə biləcək problemlərin aradan qaldırılması;
Şəbəkə arxitekturasının təhlili, ən yaxşı təcrübələrin, Zero Trust, mikroseqmentasiya, Defense-in-Depth kimi modellərin tətbiqi;
Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması;
İmtiyazlı istifadəçi hesablarının avtomatik kəşf edilməsi, vault bazasına inteqrasiyası və sessiyaların yazılması/monitorinqi;
Veb təhlükəsizlik avadanlığı (WAF) üzrə optimallaşdırma işlərinin aparılması, spesifik hücum vektorlarına qarşı dayanıqlı siyasətlərin formalaşdırılması və ümumi idarə edilməsi;
VLAN, ACL, NAT, routing, port security, dot1x və digər şəbəkə konfiqurasiyaları ilə təhlükəsizlik aspektindən işlənilməsi.
Tələblər:
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
Şəbəkə təhlükəsizliyi üzrə, o cümlədən VPN (IPSec, SSL VPN), NAT və ACL texnologiyalarının tətbiqi, konfiqurasiyası və optimallaşdırılması üzrə praktiki biliklər;
Windows Server (AD, Group Policy, LDAP) və Linux OS (Ubuntu, RHEL və s.) mühitlərində təhlükəsizlik inzibatçılığı, təhlükəsizlik sərtləşdirilməsi və yamaqların idarə olunması bacarığı;
Veb təhlükəsizlik avadanlıqları üzrə OWASP Top 10 kiberhücumlara qarşı təhlükəsizliyin və dayanıqlılığın təmin olunması üzrə bilik və təcrübə;
SIEM sistemlərinin (Splunk, CrowdStrike, QRadar və s.) quraşdırılması, loq mənbələrinin inteqrasiyası, eləcə də şəbəkə analiz alətləri (Wireshark, tcpdump) vasitəsilə mürəkkəb təhlükəsizlik insidentlərinin təhlili və araşdırılması üzrə bacarıqlar;
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün).
İş saatları: 09:00-18:00.
İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Apply at the source
This role was published by Milli Kibertəhlükəsizlik Agentliyi and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/milli-kibertehlukesizlik-agentliyi-infrastruktur-tehlukesizliyi-uzre-aparici-mutexessis-148190