İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (Kibersimulyasiya üzrə)

SOFAZ (Oil Fund)

Location
Baku
Employment
Full-time
Level
Supervisor
Category
Security
Posted

Description

Fondda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyasına müraciət etməklə, Siz təşkilatın kibertəhlükəsizlik strategiyasının real iş mühitində tətbiqinə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və davamlı risklərin idarə olunmasına birbaşa töhfə vermək imkanı əldə edəcəksiniz.

  • Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi, koordinasiyası və əvvəldən sona icrasının təmin edilməsi;
  • Korporativ şəbəkə infrastrukturu (firewall, VPN, seqmentasiya), veb tətbiqlər, daxili sistemlər və Active Directory domenləri üzrə kompleks təhlükəsizlik testlərinin həyata keçirilməsi;
  • MITRE ATT&CK çərçivəsinə uyğun real APT qruplarının TTP-lərinə əsaslanan hücum ssenarilərinin (Initial Access, Execution, Persistence, Privilege Escalation, Lateral Movement, Exfiltration) hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi;
  • Red Team əməliyyatları üzrə texniki metodologiyaların, sənədlərin və test çərçivələrinin formalaşdırılması və standartlaşdırılması;
  • Aşkarlanmış zəifliklərin CVSS skorlarına, istismar edilmə ehtimalına və biznes kontekstinə əsasən risk qiymətləndirilməsi; rəhbərlik səviyyəsində texniki hesabatların hazırlanıb təqdim olunması;
  • Blue Team/SOC/DFIR komandaları ilə təşəbbüslərin idarə olunması, aşkarlanma qaydalarının test edilməsi, SIEM xəbərdarlıqlarının əhatəsinin yoxlanılması və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi;
  • Red Team alətlərinin (Cobalt Strike, Mythic, Sliver, Havoc və s.) konfiqurasiyası, avtomatlaşdırma skriptlərinin yazılması və hesabatlılıq standartlarının təkmilləşdirilməsi;
  • Təşkilatın hücum səthinin davamlı monitorinqi, yeni hücum vektorlarının araşdırılması və 0-day/N-day zəifliklərinin qiymətləndirilməsi;
  • Sosial mühəndislik və fişinq simulyasiyalarının planlaşdırılması, icrası və nəticələrinin analiz edilərək təşkilatın insan faktoruna qarşı dayanıqlılığının qiymətləndirilməsi.

Apply at the source

This role was published by SOFAZ (Oil Fund) and listed via Oilfund Jobs. Applications are handled there, not on this site.

View & apply on careers.oilfund.az ↗