Əmək haqqı hesablanması üzrə proqramçı

Prosys MMC

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

Əmək haqqı hesablanması üzrə yeni funksionallıqların hazırlanması

Mövcud modulların təkmilləşdirilməsi və optimallaşdırılması

Əmək haqqı hesablamaları üzrə biznes məntiqinin proqramlaşdırılması

MS SQL, Oracle və PostgreSQL bazalarında prosedur və sorğuların hazırlanması

Stored procedure və function-ların optimallaşdırılması

.NET Core və C# ilə backend servis və modulların hazırlanması

Verilənlər bazası performansının analiz və optimallaşdırılması

HR və əmək haqqı prosesləri üzrə texniki tapşırıqların analizində iştirak

Mövcud sistemlərdə yaranan texniki problemlərin araşdırılması və həlli

Unit və integration testlərin yazılması

Mövcud sistemlərin refaktorinqi və optimizasiyası

Sprint çərçivəsində tapşırıqların vaxtında və keyfiyyətli icrası

Yeni hesabatların hazırlanması və inkişaf etdirilməsi

Biz sizə nə təklif edirik?

Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı

Dostyana və dəstəkləyici iş mühiti

Müasir texnologiyalarla işləmək fürsəti

Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı

İş qrafiki: 5 günlük iş həftəsi | 09:00 – 18:00

İstirahət günləri: Şənbə və bazar

Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Requirements

.NET Core və C# üzrə minimum 5 il praktiki iş təcrübəsi

MS SQL ilə yüksək səviyyədə işləmə bacarığı

Stored procedure, function, trigger, view və kompleks SQL sorğuları üzrə güclü təcrübə

Oracle və PostgreSQL bazaları ilə işləmə təcrübəsi

Verilənlər bazasında biznes məntiqinin qurulması və optimallaşdırılması bacarığı

Backend arxitekturası və API-lərlə işləmə təcrübəsi

REST API və SOAP servislərlə iş təcrübəsi

Microservices arxitekturası üzrə təcrübə

Performans problemlərinin analiz və optimallaşdırılması bacarığı

Əmək haqqı üzrə qanunvericiliyi yaxşı bilmək

Əmək haqqı hesablanması proqram təminatlarının hazırlanması üzrə təcrübə

Git ilə işləmə bacarığı

Komanda ilə işləmə və məsuliyyətli yanaşma

Analitik düşüncə və problem həll etmə bacarığı

Ali təhsil

Texniki ingilis dili biliyi (üstünlükdür)

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı hesablanması üzrə proqramçı” qeyd etməklə aşağıdakı elektron ünvana göndərə bilərlər: [email protected]

Müraciət etmək üçün : [email protected]

Apply at the source

This role was published by Prosys MMC and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗