Data Analitik (Restoran Sektoru)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam iş
günü
Əmək haqqı: 1500 AZN
Vəzifə haqqında
Restoran şəbəkəmizə məlumatların təhlili və biznes qərarlarının optimallaşdırılması
istiqamətində çalışacaq Data Analitik axtarırıq.
Namizəd restoran
əməliyyatlarının bütün əsas göstəricilərini izləyəcək, analitik hesabatlar hazırlayacaq, problemləri müəyyən edəcək
və onların həlli üçün praktik təkliflər təqdim edəcək.
Əsas vəzifələr
Gündəlik, həftəlik və aylıq satış məlumatlarının təhlilini
aparmaq;
Məhsul kateqoriyaları, filiallar və satış kanalları üzrə
performans göstəricilərini qiymətləndirmək;
Ən çox və ən az satılan
məhsulları müəyyən etmək, menyunun optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Müştəri davranışını, sifariş vərdişlərini və alış tendensiyalarını təhlil
etmək;
Gəlir, xərc, mənfəət və rentabellik üzrə analitik hesabatlar
hazırlamaq;
Food Cost və digər maliyyə göstəricilərini izləmək və təhlil
etmək;
Marketinq kampaniyalarının, endirim və loyallıq proqramlarının
tərtibatı üçün analitik məlumatlarını təqdim etmək;
Satış proqnozları
hazırlamaq və mövsümi tendensiyaları analiz etmək;
Rəhbərlik üçün
gündəlik, həftəlik və aylıq analitik hesabatlar təqdim etmək;
Müxtəlif
şöbələrlə əməkdaşlıq edərək məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
Namizədə tələblər
Data Analitikası, Statistika, Riyaziyyat, İqtisadiyyat, Maliyyə və ya İnformasiya
Texnologiyaları üzrə ali təhsil;
Data analitikası və ya biznes
analitikası sahəsində minimum 3 il iş təcrübəsi;
Restoran, HoReCa və ya
pərakəndə satış sektorunda təcrübə üstünlük hesab olunur;
Microsoft Excel
proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb düsturlar və məlumat
analizi);
SQL vasitəsilə məlumat bazalarından məlumat çıxarma və emal
etmə bacarığı;
Statistika və biznes analitikası üzrə əsas
biliklər;
Analitik düşüncə, detallara diqqət, problem həll etmə və
təqdimat bacarıqları;
Böyük həcmli məlumatlarla işləmək
bacarığı.
Müraciət etmək üçün CV-lərinizi Müraciət
et düyməsində qeyd olunan elektron ünvanına, mövzuda "Data
analitik" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.
Apply at the source
This role was published by Mado Azərbaycan and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/data-analitik-restoran-sektoru-13aqUw