Baş məlumat analitiki
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
Baş Məlumat Analitiki kompleks biznes problemlərini analitik çərçivəyə salaraq, böyük və mürəkkəb məlumat dəstləri üzərində dərin təhlillər aparır, rəhbərlik və biznes sahibləri üçün ölçülə bilən “insight”lar və qərar tövsiyələri formalaşdırır. Bu rol “data-driven” qərarvermə mədəniyyətinin inkişafında aparıcı analitik tərəfdaş kimi çıxış edir.
Öhdəliklər
Kompleks biznes problemlərini strukturlaşdırmaq, hipotezlər formalaşdırmaq və analitik yanaşmalar dizayn etmək;
Böyük və çoxölçülü məlumat dəstləri üzərində dərin analitik təhlillər aparmaq;
Trendləri, riskləri, performans göstəricilərini və anomaliyaları müəyyən etmək və biznes kontekstində interpretasiya etmək;
Alternativ ssenarilər və “what-if” analizlər hazırlayaraq qərarvermə proseslərini dəstəkləmək;
Strateji və taktiki qərarlar üçün tövsiyələr formalaşdırmaq və nəticələri aydın şəkildə təqdim etmək;
Statistik və analitik nəticələr əsasında idarəetmə və “executive” səviyyəli hesabatlar və “dashboard”lar hazırlamaq.
Requirements
Yüksək səviyyədə SQL və güclü məlumat təhlili bacarıqları;
Güclü BI/dashboarding və məlumatların vizuallaşdırılması qabiliyyəti;
Sığorta metrikaları (sığorta haqqı, sığorta ödənişi, zərər/mükafat nisbəti, müştəri axını və s.) üzrə dərin biliklər;
Statistika, proqnozlaşdırma və KPI-ların dizaynı üzrə anlayış;
Analitik nəticələri aydın şəkildə “executive” səviyyəli “insight”lara və tövsiyələrə çevirmək bacarığı;
“Data governance”, metrik kataloq və məlumat təhlükəsizliyi anlayışları;
Güclü analitik hekayə anlatma, biznes kommunikasiyası və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
Nəticəyönümlülük, çeviklik, komanda quruculuğu, eləcə də idarəetmə və koordinasiya bacarıqları.
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
İqtisadiyyat, Maliyyə, Biznes, Statistika, Riyaziyyat, Data Elmi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil;
Biznes analitikası, maliyyə analitikası, strategiya analitikası, BI və ya idarəetmə hesabatları sahəsində 4 ildən artıq iş təcrübəsi;
Power BI/Tableau, SQL, “data analytics”, maliyyə təhlili və ya biznes kəşfiyyatı üzrə sertifikatlar arzuolunandır.
Müraciət et
Asan müraciət
İndi müraciət et
CV-lər
Cv yoxdur
Müraciət et
Ad:
Soyad:
Email:
Telefon nömrəniz:
Cv endir:
Müraciət et
Apply at the source
This role was published by PAŞA Sığorta and listed via 1is.az. Applications are handled there, not on this site.
Original posting: https://1is.az/vacancy/23202