Aparıcı mühəndis - Proqramçı ( Frontend developer ...

Azər Türk Bank

Location
Not specified
Employment
Freelance
Category
Frontend
Posted

Description

  • İnternet Bankinq sisteminin fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi, yaranan texniki problemlərin operativ şəkildə araşdırılması və aradan qaldırılması;
  • İnternet Bankinq platforması üçün yeni funksionallıqların biznes tələblərinə uyğun şəkildə hazırlanması, inkişaf etdirilməsi və mövcud sistemə inteqrasiyası;
  • Yeni funksionallıqların tətbiqi zamanı sistem performansının və təhlükəsizliyinin qorunmasının təmin edilməsi;
  • Mövcud funksionallıqların təkmilləşdirilməsi, optimallaşdırılması və istifadəçi təcrübəsinin artırılması istiqamətində işlərin aparılması;
  • Biznes və digər texniki komandalarla əməkdaşlıq çərçivəsində tələblərin dəqiqləşdirilməsi və uyğun həllərin təqdim edilməsi;
  • Görülən işlər üzrə texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Requirements

Ali təhsil;

Azərbaycan dilində səlis, rus və ingilis dillərində yaxşı səviyyədə bilik;

Real layihələrdə, xüsusilə irimiqyaslı veb tətbiqlərdə minimum 3 il frontend (Angular) üzrə iş təcrübəsi;

Müasir Angular (v13+) ekosistemi, komponent arxitekturası və lifecycle hook-lar üzrə dərin biliklər;

RxJS ilə iş təcrübəsi;

State Management alətlərindən (NgRx, Akita və ya Elf) ən azı biri ilə iş təcrübəsi;

TypeScript üzrə irəli səviyyədə işləmə bacarığı (Interfaces, Generics, Utility Types);

Bank və maliyyə tətbiqləri üçün vacib olan veb təhlükəsizlik prinsipləri (XSS, CSRF, CORS, JWT) üzrə anlayış;

SCSS/SASS prosessorları və müasir CSS (Flexbox, Grid) ilə sərbəst işləmə bacarığı;

Git versiya nəzarət sistemindən səmərəli istifadə bacarığı (Git flow, branching strategiyaları);

Güclü məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;

Yeni texnologiyaları öyrənməyə həvəs;

Verilən tapşırıqlara adaptasiya olma və müstəqil araşdırma aparmaq bacarığı.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Azər Türk Bank and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗