Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
İş şəraiti
İş qrafiki: I–VI günlər (Bazar günü –
istirahət)
Əməkhaqqı: 800 –
1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur)
Ünvan: Bakı şəhəri
Vəzifə
Öhdəlikləri:
Mühafizə-təhlükəsizlik, videomüşahidə və
telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması;
IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin
(NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası;
Ünvanlı və konvensional yanğın xəbərdarlıq
sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi;
Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik
oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması;
Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və
simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması;
Kommutasiya şkaflarının (rack cabinet) yığılması,
patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun
testi;
İcra olunmuş işlərin
texniki tələblərə uyğun təhvil verilməsi.
Tələblər:
Texniki istiqamətdə (Elektronika, Avtomatika,
IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma;
Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və
sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və
protokollar);
Təhlükəsizlik
avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin
çəkilişini icra etmək bacarığı;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə
məsuliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə "
Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər
Apply at the source
This role was published by Techart MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/zeif-axin-sistemleri-uzre-mutexessis-muhendis-XRY4wP