SQL Proqramçı

Prosys LLC

SQL

Location
Not specified
Employment
Freelance
Category
Backend
Posted

Description

Əgər SQL sizin üçün sadəcə sorğu dili deyil, verilənlər bazasının performansını və arxitekturasını anlamaq üçün bir alətdirsə, bu vakansiya sizin üçün ola bilər.

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat (Full-time)

Tələblər

Oracle, PostgreSQL, MSSQL Server inzibatçılığını bilmək

SQL dilini bilmək

Analitik düşünmək və problem həll etmək bacarığı

Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırma aparmaq

Komanda şəklində fəaliyyət göstərmək

Diqqətli, məsuliyyətli və düzgün olmaq

Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq

Ümumi alqoritm qurma bacarığı

Asan ünsiyyət qurmaq və ideyanı strukturlaşdırılmış şəkildə təqdim etmək

Verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır

Ali təhsil

Ən azı 3 il iş təcrübəsi

Texniki ingilis dili

Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti

Sizi hansı işlər gözləyir?

Oracle, PostgreSQL və MSSQL Server verilənlər bazalarının quraşdırılması

Verilənlər bazalarının hazırlanması

Proqram təminatı, hesabatlar və çap formaları üçün SQL kodlarının yazılması

Hazır SQL-lərin tuning edilməsi

Verilənlərin miqrasiyasının həyata keçirilməsi

Verilənlər bazalarının monitorinqi və performans tuning edilməsi

İş şəraiti

Həftənin 5 günü

Saat - 09:00 – 18:00

Şənbə və bazar — istirahət günləri

Əmək haqqı bilik, bacarıq və praktiki təcrübəyə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “SQL Proqramçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

Bəlkə də növbəti güclü SQL həlliniz PROSYS-də olacaq!

Apply at the source

This role was published by Prosys LLC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗