Find your next opportunity

Newest first

SMM / AI mütəxəssisi

Hikvision CO MMC

Location
Baku
Employment
Full-time
Category
Data Science & ML
Posted

Description

Müasir AI alətləri, xüsusilə ChatGPT və Claude ilə işləməyi bacaran, kontent yarada bilən və sosial şəbəkələri müstəqil şəkildə idarə edə bilən SMM mütəxəssisi axtarırıq.

Vəzifələr

  • Instagram, TikTok, LinkedIn və digər sosial şəbəkələrin idarə edilməsi.
  • Kontent-planın hazırlanması və həyata keçirilməsi.
  • Dizaynlı postların, Stories, Reels və mini-animasiyaların hazırlanması.
  • Şirkətin məhsulları haqqında kontentin hazırlanması və paylaşılması.
  • Videomontajçıdan hazır video materialların qəbul edilməsi və kontentin sosial şəbəkələrdə vaxtında paylaşılması.
  • Videomontajçı ilə birlikdə qısa videolar üçün ideya və ssenarilərin hazırlanması.
  • Kontent, ideya və vizual materialların hazırlanması üçün ChatGPT, Claude və digər AI alətlərindən istifadə.
  • Sosial şəbəkələrdə trendlərin izlənilməsi və şirkətin səhifəsinə uyğunlaşdırılması.
  • Meta Ads reklamlarının qurulması və idarə edilməsi.

İş qrafiki

Bazar ertəsi–Cümə: 10:00–19:00.

Şənbə — qısa iş günü: ayda 2 şənbə iş günü, 2 şənbə istirahət günüdür.

Əmək haqqı: 1200 - 1500 AZN

İş yeri

Bakı, Şərq bazarın yaxınlığı (metro 28 may)

Əgər qeyd olunan tələblərə uyğunsunuzsa, zəhmət olmasa CV-nizi və PORTFOLİO-nuzu cv@hikvision.co.az elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM” qeyd etməyiniz xahiş olunur.

Requirements

  • SMM sahəsində ən azı 3 il iş təcrübəsi.
  • ChatGPT və Claude ilə sərbəst işləmək bacarığı.
  • Dizaynlı kontent, Stories və Reels hazırlamaq bacarığı.
  • Qısa videolar çəkmək bacarığı.
  • Meta Ads biliyi və reklam kampaniyalarını müstəqil şəkildə qurmaq bacarığı.
  • Yaradıcı yanaşma, məsuliyyətlilik və son tarixlərə riayət etmək.
  • Portfolio təqdim edilməsi mütləqdir.
  • SEO bacarıqları və Google Ads biliyi üstünlükdür.
  • Adobe Photoshop proqramını bilmək tələb olunur.

Apply at the source

This role was published by Hikvision CO MMC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗