AI Agent Engineer
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin və daxili biznes proseslərinin Süni İntellekt Agentləri (AI Agents) vasitəsilə avtomatlaşdırılması, optimallaşdırılması və yeni nəsil rəqəmsal həllərin hazırlanması məqsədilə AI Agent Engineer vakansiyasını elan edir.
Böyük Dil Modelləri (LLM) əsasında AI Agent həllərinin hazırlanması və inkişaf etdirilməsi;
Müxtəlif biznes proseslərinin AI Agent yanaşması ilə avtomatlaşdırılması və optimallaşdırılması;
Xarici və daxili sistemlərlə inteqrasiya olunan alətlər (Tools), MCP serverləri və API əsaslı həllərin hazırlanması;
Retrieval-Augmented Generation (RAG) əsaslı agentlərin layihələndirilməsi və inkişaf etdirilməsi;
Agentlərin performansının, təhlükəsizliyinin və cavab keyfiyyətinin qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;
AI Agentlərin monitorinqi, loglaşdırılması və istifadə statistikasının izlənilməsi;
Məhsul Sahibləri, Biznes Analitiklər, Backend Developer-lər və digər krosfunksional komandalarla sıx əməkdaşlıq edilməsi;
Süni intellekt sahəsində yeni metodologiyaların, framework-lərin və texnoloji yeniliklərin davamlı izlənilməsi və tətbiqi.
Requirements
Biznes və ümumi bacarıqlar:
AI, LLM və ya Backend Development sahəsində minimum 2 il real iş təcrübəsi;
Biznes proseslərini analiz edərək AI Agent həllərinə çevirmək bacarığı;
Agent yanaşmasının hansı prosesləri tam avtomatlaşdıra biləcəyini və hansı hallarda Human-in-the-Loop yanaşmasının tələb olunduğunu düzgün qiymətləndirmək bacarığı;
Analitik düşünmə və mürəkkəb problemləri sistemli şəkildə həll etmək bacarığı;
Krosfunksional komandalarla effektiv əməkdaşlıq və Agile metodologiyaları ilə işləmə təcrübəsi;
Texniki həlləri qeyri-texniki maraqlı tərəflərə sadə və aydın şəkildə təqdim etmək bacarığı;
Davamlı öyrənmək və sürətlə dəyişən AI ekosisteminə uyğunlaşmaq bacarığı.
Texniki bacarıqlar:
- Yüksək səviyyədə Python;
- Async Programming, Typing, Pydantic, FastAPI;
- LLM API-ləri: Chat Completions, Tool/Function Calling, Structured Output, Streaming Responses;
- Prompt Engineering: System Prompts, Few-shot Prompting, Structured Output Schema, Prompt Versioning;`
- AI Agent arxitekturaları: ReAct, Planner-Executor, Multi-Agent Routing/Handoff, Memory və State Management;
- MCP server və client hazırlanması;
- REST API, Webhook və sistem inteqrasiyaları;
- OAuth, API Key və digər autentifikasiya mexanizmləri;
- RAG: Chunking, Embeddings, Vector Search, Reranking, Retrieval Quality Optimization;
- AI Agent qiymətləndirməsi: Task-Level Evaluation, LLM-as-a-Judge, Regression Testing;
- Observability və monitorinq: Langfuse, Elasticsearch, Kibana;
- Prompt Injection, PII və AI təhlükəsizliyi;
- Git, Docker, CI/CD;
- Azure və ya AWS haqqında ilkin bilik.
Üstünlük verilir:
LangChain, LangGraph, LlamaIndex, CrewAI və oxşar framework-lərlə iş təcrübəsi;
Knowledge Graph və Semantic Layer əsaslı Retrieval sistemlərinin hazırlanması;
LiteLLM və ya oxşar Model Proxy / Routing həlləri ilə işləmə təcrübəsi;
Model Selection, Cost Optimization və Small Model Fallback strategiyalarının tətbiqi;
Sadə Frontend və ya Demo UI hazırlanması üzrə ilkin bilik;
Jira, Confluence, GitLab, SharePoint və digər korporativ sistemlərlə inteqrasiya təcrübəsi;
AI Agentlərin enterprise miqyasda tətbiqi və idarə olunması üzrə təcrübə.
Apply at the source
This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Glorri. Applications are handled there, not on this site.
Original posting: https://jobs.glorri.az/vacancies/idda/idda-ai-agent-engineer-48839203?isLocal=true