Sistem inzibatçısı

Azercosmos

Location
Not specified
Employment
Freelance
Category
IT Support & SysAdmin
Posted

Description

Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Sistem inzibatçısı” vakansiyası üzrə işçi qəbulu elan edir

Öhdəliklər:

Kritik İT Sistemlərə nəzarət, lazım olan dəyişikləri etmək və onun daimi işlək vəziyyətini təmin olunması;

İT infrastrukturunun dayanıqlığının təmin olunması;

İT sistemlər üzrə təkliflərin verilməsi;

Fəaliyyət ilə əlaqədar hesabatların və texniki sənədlərin hazırlanması;

Digər lahiyələrdə iştirak.

Tələblər:

Texniki sahə üzrə bakalavr dərəcəsi

Müvafiq sahə üzrə ən azı 3 il əmək stajı

Linux üzrə RHCSA səviyyədə praktiki biliklərin olması (Redhat, SUSE)

Windows Server üzrə biliklərin olması (AD, DNS, File Server, DFS, Terminal Services)

Virtuallaşma üzrə praktiki biliklər olması (VMWare vSphere)

Backup programları ilə iş təcrübəsi (VeeamOne,Veritas)

Monitoring (məs. Zabbix) və Logging programları ilə işləmə bacarığı

Server/storage avadanlıqlarla işləmə bacarığı (HP, Dell)

Şəbəkə üzrə ilkin biliklər (IP, DNS kimi)

İnformasiya təhlükəsizliyi prinsipləri haqqında ilkin biliklər;

Linux üzrə sertifikatları olanlara üstünlük verilir (RHCSA)

Bacarıqlar:

Kollektivdə çalışmaq

Vaxtın idarəolunması

Özünü motivasiya etmək

İşə yanaşmada müsbət düşüncə

Kritik yanaşma

Dəqiqlik, detallara diqqət

Təşəbbüskarlıq, kreativ düşüncə

Dil bilikləri:

Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Sistem inzibatçısı ” başlığı ilə göndərə bilərlər.

Apply at the source

This role was published by Azercosmos and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗