Şəbəkə inzibatçısı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Struktur bölmənin adı

İnformasiya texnologiyaları əməliyyatları departamenti / İnformasiya texnologiyaları

infrastrukturu şöbəsinin Şəbəkə inzibatçılığı bölməsi

Vəzifənin funksiyaları:

Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara

daxil edilməsini təmin edir;

Bankdaxili struktur bölmələrə şəbəkə

infrastrukturu ilə əlaqədar texniki dəstək göstərilməsini təmin edir.

Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram

vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak

edir;

Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin

etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata

keçirir;

Şəbəkə avadanlıqları və şəbəkə proqram təminatlarını test

rejimində yoxlanılmasını təşkil edir;

Şəbəkə nasazlıqlarının əsas

səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi prosesini icra

edir.

Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı

versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir.

Cavabdeh olduğu

şəbəkə infrastrukturunun mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini

təmin edir;

Cavabdeh olduğu şəbəkə infrastruktrur komponentlərinin

ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;

Şəbəkə infrastrukturunun informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər

həyata keçirir;

Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin

digər tapşırıqlarını yerinə yetirir.

Texniki kompetensiyalar

LAN/WAN/Routing/Switching və digər şəbəkə

texnologiyaları, TCP/IP və OSI modelləri

Simsiz şəbəkə texnologiyaları

İP telefoniya sistemləri

Texniki sənədlərin hazırlanması

Şəbəkə monitorinq alətləri , problemlərinin diaqnostikası , loqların araşdırılması

Şəbəkədə backup və restore

mexanizmləri

SDN, SDWAN

texnologiyaları

Firewall-lar və şəbəkə təhlükəsizliyi

Şəbəkəyə girişin idarəedilməsi (NAC)

həlləri

VPN

texnologiyaları

Təcrübə

Müvafiq sahədə minimum 1 il tələb olunur.

Təhsil

Ali təhsil tələb olunur.

Dil bacarığı

Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu

olunandır) tələb olunur.

Kompüter bacarıqları:

L2 və L3 şəbəkə protokolları, SİP, SİP trunk, Dial plan və İVR konfiqurasiyaları və

idarəedilməsi üzrə bacarıqlar

Müxtəlif istehsalçıların şəbəkə

avadanlıqlarının konfiqurasiyası və idarə edilməsi üzrə

bacarıqlar

Firewall -ların

konfiqurasiyaları və idarəedilməsi üzrə bacarıqlar

Məsul olduğu

infrastruktur komponentlərinin, informasiya sistemlərinin və servis proqram təminatlarının idarəedilməsi üzrə

bacarıqlar tələb olunur

Sertifikatlar:

CCNA və ya Comptia a+ network sertifikatları tələb olunur, CCNP

(arzuolunandır)

Maraqlanan

namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət

edə bilərlər.

Apply at the source

This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗