Senior Backend Developer (Node.js/TypeScript)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Backend
- Posted
Description
Vəzifə təsviri:
Backend API-lərin, biznes məntiqinin, verilənlər bazası qatının və xarici sistem
inteqrasiyalarının stabil, sınaqdan keçirilmiş və sənədləşdirilmiş şəkildə inkişafı və
refaktorinqı.
Öhdəliklər:
Express + TypeScript əsaslı API-lərin hazırlanması və mövcud backend kodun
refaktorinqı
PostgreSQL sxemləri, sorğular, miqrasiyalar və performans
optimizasiyası
Xarici sistemlərlə inteqrasiya; bulk sinxronizasiya, retry
məntiqi, idempotent iş axınları
Rol əsaslı giriş nəzarəti (RBAC), domen
rolları, təhlükəsiz endpoint-lər
Foto/OCR/fayl axınlarının işlənməsi,
fayl yükləmə, Excel/CSV export funksionallığı
Daxili köməkçi skriptlərin
məhsula (admin funksiya və ya API) çevrilməsi
Unit/integration testlərin
yazılması, PR review, buraxılışa hazırlıq.
Tələblər:
3+ il backend təcrübəsi (Node.js/TypeScript və ya güclü oxşar
runtime)
PostgreSQL, mürəkkəb SQL, tranzaksiya və indeksləşmə
təcrübəsi
Xarici sistem inteqrasiyası, error handling, loglama üzrə
təcrübə
Mövcud kod bazasında davranışı qoruyaraq refaktor etmək
bacarığı
AI alətləri ilə işə açıq olmaq
Üstünlük təşkil edən keyfiyyətlər:
Sahə əməliyyatları, kommunal xidmətlər, telekom və ya GIS sahəsində
təcrübə
Offline mobil backend, multipart upload, job queue
təcrübəsi
Anthropic/LLM API-ləri, OCR pipeline dəstəyi
təcrübəsi
Dil bilikləri:
Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili
biliyi;
Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün
ingilis dili biliyi;
Rus dili biliyi üstünlük hesab
olunur.
Əlavə Məlumat:
Servis şirkət tərəfindən təmin olunur.
İş saatları: həftənin 5 günü, 08:00–17:00.
Tələblərə cavab verən namizədlər Müraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini
“Senior Backend Developer” başlıqı ilə göndərsin.
Apply at the source
This role was published by Predsol and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/senior-backend-developer-nodejstypescript-3qyrYt