Senior Backend Developer (Node.js/TypeScript)

Predsol

TypeScriptNode.js

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Backend
Posted

Description

Vəzifə təsviri:

Backend API-lərin, biznes məntiqinin, verilənlər bazası qatının və xarici sistem inteqrasiyalarının stabil, sınaqdan keçirilmiş və sənədləşdirilmiş şəkildə inkişafı və refaktorinqı.

Öhdəliklər:

Express + TypeScript əsaslı API-lərin hazırlanması və mövcud backend kodun refaktorinqı

PostgreSQL sxemləri, sorğular, miqrasiyalar və performans optimizasiyası

Xarici sistemlərlə inteqrasiya; bulk sinxronizasiya, retry məntiqi, idempotent iş axınları

Rol əsaslı giriş nəzarəti (RBAC), domen rolları, təhlükəsiz endpoint-lər

Foto/OCR/fayl axınlarının işlənməsi, fayl yükləmə, Excel/CSV export funksionallığı

Daxili köməkçi skriptlərin məhsula (admin funksiya və ya API) çevrilməsi

Unit/integration testlərin yazılması, PR review, buraxılışa hazırlıq.

Tələblər:

3+ il backend təcrübəsi (Node.js/TypeScript və ya güclü oxşar runtime)

PostgreSQL, mürəkkəb SQL, tranzaksiya və indeksləşmə təcrübəsi

Xarici sistem inteqrasiyası, error handling, loglama üzrə təcrübə

Mövcud kod bazasında davranışı qoruyaraq refaktor etmək bacarığı

AI alətləri ilə işə açıq olmaq

Üstünlük təşkil edən keyfiyyətlər:

Sahə əməliyyatları, kommunal xidmətlər, telekom və ya GIS sahəsində təcrübə

Offline mobil backend, multipart upload, job queue təcrübəsi

Anthropic/LLM API-ləri, OCR pipeline dəstəyi təcrübəsi

Dil bilikləri:

Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;

Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;

Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

Servis şirkət tərəfindən təmin olunur.

İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Backend Developer” başlıqı ilə göndərsin.

Apply at the source

This role was published by Predsol and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗