Senior AI / Computer Vision Specialist
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Data Science & ML
- Posted
Description
Vəzifə təsviri:
OCR, foto keyfiyyət nəzarəti, görüntü analizi, üz tanıma/yoxlama və əlaqəli AI xidmətlərinin məhsula inteqrasiyası, ölçülməsi və təkmilləşdirilməsi.
Öhdəliklər:
Seriya nömrəsi/oxunuş kimi məlumatların OCR ilə çıxarılması üzrə keyfiyyət qapılarının qurulması, yalan pozitiv/neqativ ölçümü
Üz tanıma/yoxlama xidmətinin (FastAPI əsaslı, liveness yoxlaması daxil) production stabilliyinin təmin edilməsi
Görüntü əsaslı analiz və qeyd emalı üçün batch skriptlərin hazırlanması
OCR pipeline-larının qurulması (server-side validasiya daxil olmaqla)
Qiymətləndirmə dəstlərinin (eval set) hazırlanması, dəqiqlik/recall ölçülməsi, hesabatların çıxarılması
Backend komandası ilə API müqaviləsinin razılaşdırılması; frontend komandasından rəylərin toplanması
Model/host tələbləri üzrə DevOps komandası ilə birgə iş.
Tələblər:
Computer vision/OCR/embedding sahəsində 2+ il təcrübə və ya güclü portfel
Production səviyyəli Python API xidməti yazma bacarığı
Backend TypeScript kodunu oxuyub inteqrasiya edə bilmək (üstünlük).
Üstünlük təşkil edən keyfiyyətlər:
Sənəd/sayğac OCR, barkod+OCR birləşməsi təcrübəsi
Liveness/anti-spoof təcrübəsi
Batch processing, GPU server təcrübəsi
Dil bilikləri:
Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
Rus dili biliyi üstünlük hesab olunur.
Əlavə Məlumat:
Servis şirkət tərəfindən təmin olunur.
İş saatları: həftənin 5 günü, 08:00–17:00
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior AI Computer Vision Specialist” başlıqı ilə göndərsin.
Apply at the source
This role was published by Predsol and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/predsol-senior-ai-computer-vision-specialist-148878