Find your next opportunity

Newest first

Şəbəkələr üzrə baş mütəxəssis (Senior Network Admin)

Guven Technology MMC

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Other Tech
Posted
Deadline

Description

Təsvir

Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək

Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək

Yeni şəbəkə avadanlıqlarını, istifadəçi qurğularını şəbəkəyə təhlükəsiz əlavə etmək;

Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək

Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;

Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək

Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;

Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;

Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək;

Əsas və əlavə internet bağlantılarının işlək, saz və təhlükəsiz vəziyyətdə olmasının davamlı monitorinqi, yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasını icra etmək;

Kompüter şəbəkəsində baş verən nasazlıqların reaktiv həllindən proaktiv şəkildə planlı aradan qaldırılmasına çalışmaq;

Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən məmnun qalmasına, fasiləsiz işləməsinə çalışmaq;

Şəbəkə infrastrukturunun xaotik vəziyyətdən irearxik, idarəolunan, təhlükəsiz və sabit vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görmək;

Site-to-Site, Point-to-Site tipli VPN şəbəkələrinin planlanması, təhlükəsiz yaradılması və müvafiq qaydada sənədləşdirilməsini həyata keçirmək;

Xidmət etdiyimiz VoİP sistemlərinin fasiləsiz, etibarlı, təhlükəsiz işləməsini təmin etmək;

Şəbəkə avadanlıqları və NGFW üzrə davamlı monitorinq aparmaq, müvafiq dövrü hesabatların hazırlanaraq idarə rəhbərinə elektron variantda təqdim etmək;

Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;

İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək;

Tələblər

Ali Təhsil (müvafiq istiqamət üzrə);

Müvafiq sahədə 4-5 il iş təcrübəsi;

Şəbəkə avadanlıqlarının (Palo Alto, CİSCO, HP , Fortinet (Fortigate) və s. ) idarə olunması və sazlanması üzrə geniş nəzəri və praktik bacarıqlar;

Cisco, Juniper,HPE Aruba kimi şəbəkə cihazları ilə təcrübə;

Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə;

Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;

Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;

Telekommunikasiya şəbəkələrinin quruluşu və arxitekturası haqda geniş nəzəri və praktiki biliklərin olması;

CCNP, NSE4 və PCNSE sertifikatları üzrə biliklərə sahib olmaq (sertifikat arzuolunandır).

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Guven Technology MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗