Şəbəkə inzibatçısı
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Struktur bölmənin adı
İnformasiya texnologiyaları əməliyyatları departamenti / İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin Şəbəkə inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
Bankdaxili struktur bölmələrə şəbəkə infrastrukturu ilə əlaqədar texniki dəstək göstərilməsini təmin edir.
Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
Şəbəkə avadanlıqları və şəbəkə proqram təminatlarını test rejimində yoxlanılmasını təşkil edir;
Şəbəkə nasazlıqlarının əsas səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi prosesini icra edir.
Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir.
Cavabdeh olduğu şəbəkə infrastrukturunun mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
Cavabdeh olduğu şəbəkə infrastruktrur komponentlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
Şəbəkə infrastrukturunun informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
LAN/WAN/Routing/Switching və digər şəbəkə texnologiyaları, TCP/IP və OSI modelləri
Simsiz şəbəkə texnologiyaları
İP telefoniya sistemləri
Texniki sənədlərin hazırlanması
Şəbəkə monitorinq alətləri , problemlərinin diaqnostikası , loqların araşdırılması
Şəbəkədə backup və restore mexanizmləri
SDN, SDWAN texnologiyaları
Firewall-lar və şəbəkə təhlükəsizliyi
Şəbəkəyə girişin idarəedilməsi (NAC) həlləri
VPN texnologiyaları
Təcrübə
Müvafiq sahədə minimum 1 il tələb olunur.
Təhsil
Ali təhsil tələb olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.
Kompüter bacarıqları:
L2 və L3 şəbəkə protokolları, SİP, SİP trunk, Dial plan və İVR konfiqurasiyaları və idarəedilməsi üzrə bacarıqlar
Müxtəlif istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə edilməsi üzrə bacarıqlar
Firewall -ların konfiqurasiyaları və idarəedilməsi üzrə bacarıqlar
Məsul olduğu infrastruktur komponentlərinin, informasiya sistemlərinin və servis proqram təminatlarının idarəedilməsi üzrə bacarıqlar tələb olunur
Sertifikatlar:
CCNA və ya Comptia a+ network sertifikatları tələb olunur, CCNP (arzuolunandır)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Apply at the source
This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-sebeke-inzibatcisi-150966