Şəbəkə inzibatçılığı üzrə Baş Mütəxəssis (Network Administrator Senior)
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Şirkətin şəbəkə infrastrukturunun arxitekturasını layihələndirmək, inkişaf etdirmək və optimallaşdırmaq;
Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası, miqrasiyası və idarə olunmasını təmin etmək;
Routing, Switching və şəbəkə xidmətlərinin etibarlı və fasiləsiz fəaliyyətini təmin etmək;
Firewall, VPN və digər təhlükəsizlik həllərinin layihələndirilməsini, tətbiqini və inkişaf etdirilməsini təmin etmək;
Şəbəkə performansını təhlil etmək, Capacity Planning həyata keçirmək və optimallaşdırma tədbirlərini planlaşdırmaq;
Şəbəkə monitorinq sistemlərinin qurulmasını, inkişaf etdirilməsini və optimallaşdırılmasını təmin etmək;
Şəbəkə təhlükəsizliyinin artırılması məqsədilə texniki həllərin hazırlanmasında və tətbiqində iştirak etmək;
Yüksək əlçatanlıq (High Availability), Disaster Recovery və Business Continuity həllərinin hazırlanmasında iştirak etmək;
Root Cause Analysis (RCA) aparmaq, kritik problemlərin həllini koordinasiya etmək və preventiv tədbirlər müəyyənləşdirmək;
Şəbəkə standartlarını, prosedurlarını və texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
Yeni şəbəkə texnologiyalarını və həllərini araşdırmaq, qiymətləndirmək və tətbiqi üzrə təkliflər hazırlamaq;
Sistem inzibatçıları, DevOps mühəndisləri, verilənlər bazası inzibatçıları və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək infrastrukturun inteqrasiyasını təmin etmək;
Junior və Middle əməkdaşlara mentorluq etmək və onların peşəkar inkişafını dəstəkləmək;
Şəbəkə infrastrukturu üzrə texniki riskləri müəyyən etmək və onların azaldılması üçün tədbirlər hazırlamaq;
Kritik dəyişikliklərin Change Management prosedurlarına uyğun planlaşdırılmasını və icrasını təmin etmək.
Səlahiyyətlər
Şəbəkə infrastrukturu üzrə texniki qərarlar qəbul etmək;
Şəbəkə arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
Routing, Switching, Firewall, VPN və digər şəbəkə xidmətləri üzrə dəyişiklikləri planlaşdırmaq və həyata keçirmək;
Şəbəkənin təhlükəsizliyinin və performansının artırılması üzrə texniki həllər hazırlamaq;
Texniki problemlərin diaqnostikasını aparmaq və həll yollarını müəyyən etmək;
Şəbəkə standartlarını və texniki prosedurları hazırlamaq;
Layihələrdə şəbəkə istiqaməti üzrə texniki qərarların qəbulunda iştirak etmək;
Junior və Middle əməkdaşların fəaliyyətini istiqamətləndirmək və onlara texniki dəstək göstərmək.
Məsuliyyətlər
Şəbəkə infrastrukturunun fasiləsiz, təhlükəsiz və yüksək əlçatanlıq prinsiplərinə uyğun fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşımaq;
Şəbəkə arxitekturasının etibarlılığına, inkişafına və davamlılığına görə məsuliyyət daşımaq;
Şəbəkə təhlükəsizliyinin təmin edilməsinə və risklərin azaldılmasına görə məsuliyyət daşımaq;
Şəbəkə performansının monitorinqinə və optimallaşdırılmasına görə məsuliyyət daşımaq;
İnfrastruktur üzrə həyata keçirilən dəyişikliklərin düzgün planlaşdırılmasına və təhlükəsiz icrasına görə məsuliyyət daşımaq;
Texniki standartların, prosedurların və sənədlərin aktuallığını təmin etmək;
İnformasiya təhlükəsizliyi siyasətlərinə, daxili normativ sənədlərə və standart əməliyyat prosedurlarına riayət etmək;
Junior və Middle əməkdaşların peşəkar inkişafına dəstək vermək;
Öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək və yeni texnologiyaların tətbiqinə təşəbbüs göstərmək .
Requirements
TCP/IP, OSI modeli və şəbəkə protokolları üzrə yüksək səviyyəli biliklər;
Routing və Switching texnologiyaları üzrə yüksək səviyyəli biliklər;
VLAN, STP, DHCP, DNS, NAT, ACL və digər şəbəkə xidmətləri üzrə biliklər;
Firewall, VPN və şəbəkə təhlükəsizliyi texnologiyaları üzrə yüksək səviyyəli biliklər;
Wireless şəbəkələrinin layihələndirilməsi və idarə olunması üzrə biliklər;
Linux və Windows Server əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri;
Şəbəkə monitorinqi, performans analizi və optimallaşdırılması üzrə biliklər;
Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi və konfiqurasiyalarının idarə olunması üzrə biliklər;
İnformasiya təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər;
High Availability, Disaster Recovery və Capacity Planning prinsipləri üzrə biliklər.
Müraciət etmək üçün : [email protected]
Apply at the source
This role was published by IKTEX LLC and listed via SmartJob.az. Applications are handled there, not on this site.
Original posting: https://smartjob.az/vacancy/84568-sebeke-inzibatciligi-uzre-bas-mutexessis-network-administrator-senior