Find your next opportunity

Newest first

Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis (Helpdesk)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted
Deadline

Description

Qurum əməkdaşlarından telefon, e-poçt, ITSM platforması və self-service portal vasitəsilə daxil olan insident və xidmət sorğularının qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;

Birinci səviyyədə (L1) həll olunmayan insidentlər üzrə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi və təyin olunmuş sorğuların SLA müddətləri çərçivəsində həll edilib bağlanması;

Həll edilməyən insidentlərin prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;

Fərdi kompüterlərin, printerlərin, skanerlərin və digər ofis avadanlıqlarının, əməliyyat sistemlərinin, drayverlərin və proqram təminatının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi;

Avadanlıq nasazlıqlarının yerində diaqnostikası və bərpası, zəmanət və ya servis müqaviləsi çərçivəsində təmirlər üzrə servis təşkilatları ilə koordinasiya;

Yeni iş yerlərinin hazırlanması, mövcud iş yerlərinin köçürülməsi və planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;

Lokal şəbəkə və internet bağlantısı problemlərinin ilkin diaqnostikası (IP konfiqurasiyası, DNS, DHCP) və zərurət olduqda aidiyyəti şöbəyə ötürülməsi, VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə dəstək;

İstifadəçi hesablarının (Active Directory, MFA) yaradılması, idarə edilməsi və işdən çıxan əməkdaşların hesablarının bağlanması, təsdiq edilmiş müraciət əsasında hüquqların verilməsi/geri alınması;

Məlumat təhlükəsizliyi siyasətlərinə riayət edilməsi və aşkar olunan pozuntular barədə aidiyyəti struktur bölməsinə məlumat verilməsi;

Ofis avadanlıqlarının inventarlaşmasında iştirak, CMDB və ya ITAM sistemində məlumatların daxil edilməsi və yenilənməsi, avadanlıq və hissələrin akt əsasında anbara təhvil-təslimi;

Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;

Həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi, texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;

Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;

Təkrarlanan insidentlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;

Yeni əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi, əməkdaşlara ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;

Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İnformasiya texnologiyaları və ya texniki ixtisas üzrə ali təhsil;

İT texniki dəstək sahəsində minimum 2 il iş təcrübəsi;

Windows və Linix əməliyyat sistemləri üzrə bilik;

Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə təcrübə;

ITSM alətləri (Jira, ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;

Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması, diaqnostikası və təmiri üzrə praktiki bilik;

VPN və uzaqdan giriş texnologiyaları üzrə praktiki bilik;

Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);

ITIL 4/ITIL 5 sertifikatı və ya müvafiq bilik (üstünlük);

Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);

İstifadəçilərlə effektiv ünsiyyət, analitik düşüncə və problem həll etmə bacarığı;

Texniki sənədləşmə və hesabat hazırlama bacarığı.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗