Rəqəmsal hökumət üzrə aparıcı biznes analitik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Təsvir

Rəqəmsal hökumət üzrə biznes analitik dövlət qurumları ilə həyata keçirilən rəqəmsal

transformasiya təşəbbüslərində biznes analizi fəaliyyətlərinin aparılmasına dəstək göstərəcək. Vəzifənin əsas

məqsədi mürəkkəb biznes və idarəetmə problemlərini anlamaq, istifadəçi və təşkilati ehtiyacları müəyyən etmək və bu

ehtiyacların proses, xidmət, məlumat və texnologiya baxımından daha effektiv həllərə çevrilməsinə kömək

etməkdir.

Əməkdaş dövlət qurumlarının və digər maraqlı tərəflərin nümayəndələri, proses sahibləri

və texniki mütəxəssislərlə əməkdaşlıq edərək dəyişiklik üçün imkanları müəyyən edəcək və qərarverməni dəstəkləyən

analitik nəticələr hazırlayacaq.

Əsas vəzifələr

dövlət qurumlarının mövcud proseslərini, xidmətlərini və fəaliyyət modellərini

araşdırmaq, problemləri, kök səbəbləri və inkişaf imkanlarını müəyyən etmək;

müsahibələr, işçi görüşlər və workshop-lar vasitəsilə biznes, istifadəçi və digər maraqlı

tərəflərin ehtiyaclarını toplamaq, təhlil etmək, dəqiqləşdirmək və prioritetləşdirmək;

mövcud və hədəf vəziyyəti təhlil etmək, AS-IS və TO-BE proses modellərini hazırlamaq və

proseslərin sadələşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər formalaşdırmaq;

müəyyən edilmiş problemlərin həlli üçün mümkün alternativləri araşdırmaq, onların fayda, risk,

təsir, asılılıq və həyata keçirilmə imkanlarını müqayisə etmək;

biznes və

istifadəçi ehtiyaclarını aydın və icra edilə bilən tələblərə, proses dəyişikliklərinə, tədbirlərə və gözlənilən

nəticələrə çevirmək;

rəqəmsal xidmət və təşəbbüslərin istifadəçi

ehtiyaclarına, təşkilati məqsədlərə və ümumi rəqəmsal inkişaf istiqamətlərinə uyğunluğunu

qiymətləndirmək;

dəyişikliklərin proseslərə, istifadəçilərə, təşkilati

rollara, məlumatlara və mövcud sistemlərə mümkün təsirlərini təhlil etmək;

dövlət qurumlarından daxil olan hesabat və monitorinq məlumatlarının strukturlaşdırılması,

göstəricilərin vahid tərif və təsnifatlarının formalaşdırılması və məlumatların müqayisə edilə bilən şəkildə təşkil

olunmasına dəstək göstərmək;

məlumat ehtiyaclarını, məlumat mənbələrini,

göstəricilər arasındakı əlaqələri və məlumat keyfiyyəti ilə bağlı məhdudiyyətləri müəyyən

etmək;

biznes və texniki tərəflər arasında ortaq anlayış yaratmaq, biznes

ehtiyaclarının informasiya sistemləri, məlumat mübadiləsi və inteqrasiya imkanları ilə uyğunlaşdırılmasına dəstək

göstərmək;

təhlilin nəticələrini rəhbərlik və digər maraqlı tərəflər üçün

aydın analitik sənəd, proses modeli, təqdimat və tövsiyələr formasında təqdim etmək;

multidissiplinar komandalarla əməkdaşlıq edərək qəbul edilmiş dəyişikliklərin və həllərin

gözlənilən biznes və istifadəçi nəticələrini təmin etməsinə dəstək göstərmək.

Tələblər

Təhsil və iş təcrübəsi

Dövlət idarəçiliyi, biznesin idarə edilməsi, iqtisadiyyat, informasiya sistemləri,

informasiya texnologiyaları, mühəndislik, rəqəmsal transformasiya və ya digər əlaqəli sahə üzrə ali

təhsil;

biznes analitikası, rəqəmsal transformasiya, proseslərin təhlili

və təkmilləşdirilməsi, konsaltinq, dövlət idarəçiliyi, rəqəmsal xidmətlərin inkişafı və ya əlaqəli istiqamətlər üzrə

minimum 2 il iş təcrübəsi;

dövlət sektoru, dövlət xidmətləri və ya iri

təşkilati/rəqəmsal transformasiya layihələri üzrə iş təcrübəsi üstünlükdür.

Bilik və bacarıqlar

mürəkkəb biznes problemlərini araşdırmaq, problemi və onun kök səbəblərini müəyyən

etmək və əldə olunan məlumatları strukturlaşdırmaq bacarığı;

biznes və

istifadəçi ehtiyaclarının müəyyən edilməsi, təhlili, dəqiqləşdirilməsi və prioritetləşdirilməsi üzrə praktiki

bilik;

biznes proseslərinin təhlili, proses xəritələrinin hazırlanması və

AS-IS / TO-BE modelləşdirilməsi bacarığı;

BPMN və ya digər proses

modelləşdirmə yanaşmaları barədə bilik;

müxtəlif həll variantlarını

fayda, risk, təsir, məhdudiyyət və həyata keçirilmə imkanları baxımından müqayisə etmək və əsaslandırılmış

tövsiyələr hazırlamaq bacarığı;

rəqəmsal hökumət, dövlət xidmətlərinin

rəqəmsal transformasiyası və istifadəçi yönümlü xidmətlərin əsas prinsipləri barədə anlayış;

informasiya sistemlərinin əsas işləmə prinsipləri, məlumat axınları, sistemlərarası

inteqrasiya, API və məlumat mübadiləsi barədə konseptual anlayış;

biznes ehtiyacları ilə texnoloji həllər arasında əlaqəni müəyyən etmək və texniki və

qeyri-texniki mütəxəssislər arasında effektiv kommunikasiya qurmaq bacarığı;

keyfiyyət və kəmiyyət məlumatlarından istifadə etməklə problem və tendensiyaları müəyyən etmək

və qərarverməni dəstəkləyən nəticələr formalaşdırmaq bacarığı;

müxtəlif

səviyyəli maraqlı tərəflərlə müsahibə, workshop və işçi müzakirələr aparmaq, fərqli ehtiyacları uzlaşdırmaq və

razılaşmaya nail olmaq bacarığı;

analitik sənədlər, biznes tələbləri,

proses modelləri, qısa analitik arayışlar və rəhbərlik üçün təqdimatlar hazırlamaq bacarığı;

Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar

mənbələrlə işləmək və işgüzar kommunikasiya bacarığı;

Microsoft Excel,

PowerPoint və Word proqramlarında sərbəst işləmək bacarığı.

Qanunvericilik, normativ-hüquqi aktlar, dövlət proqramları və digər tənzimləyici sənədləri

təhlil etmək, onlardan irəli gələn tələbləri biznes qaydalarına, proses addımlarına, məlumat ehtiyaclarına və

funksional tələblərə çevirmək bacarığı;

Rəqəmsal transformasiya üzrə yol

xəritələrinin hazırlanması və təhlili, təşəbbüslərin prioritetləşdirilməsi, tədbirlər, nəticələr, KPI-lər, risklər,

asılılıqlar və icra üçün zəruri ilkin şərtlərin müəyyən edilməsi bacarığı;

Planlaşdırılan rəqəmsal təşəbbüslərin biznes proseslərinə, dövlət xidmətlərinə, məlumat

mübadiləsinə, təşkilati struktura, mövcud informasiya sistemlərinə və normativ çərçivəyə potensial təsirini

qiymətləndirmək bacarığı;

Rəqəmsal hökumət və dövlət sektorunun rəqəmsal

transformasiyasının əsas konsepsiya və prinsipləri, o cümlədən digital by design, user-centred services, once-only

principle, interoperability, data-driven government və government as a platform yanaşmaları barədə

bilik;

Rəqəmsal transformasiyanı yalnız texnoloji dəyişiklik kimi deyil,

proses, məlumat, qanunvericilik, təşkilati struktur və idarəetmə dəyişikliklərini birlikdə əhatə edən kompleks

transformasiya kimi təhlil etmək və uyğun tövsiyələr formalaşdırmaq bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan

namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət

edə bilərlər.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗