İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi (Product Owner)

Bank Respublika ASC

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi olaraq siz bankın investisiya ekosistemində yeni məhsulların yaradılması, mövcud məhsulların inkişaf etdirilməsi və rəqəmsal həllərin formalaşdırılması prosesinə rəhbərlik edəcəksiniz. Bu rol investisiya məhsulları üzrə biznes baxışını texnoloji imkanlarla birləşdirərək, məhsulun ideyadan istehsalata qədər bütün həyat dövrünün idarə edilməsini əhatə edir.

Namizəd həm maliyyə/investisiya sahəsini, həm də proqram təminatlarının hazırlanması proseslərini yaxşı anlamalı, biznes və texniki komandalar arasında körpü rolunu effektiv şəkildə yerinə yetirməlidir.

İnvestisiya və xəzinədarlıq məhsullarının ideyalaşdırılması, prioritetləşdirilməsi, inkişafı və bazara çıxarılması proseslərini idarə etmək;

Məhsul strategiyasını və roadmap-i formalaşdıraraq biznes məqsədlərinə uyğun inkişaf istiqamətlərini müəyyən etmək;

Biznes tələblərinin hazırlanması, texniki komandaya düzgün ötürülməsi və funksionallıqların implementasiya prosesinə nəzarət etmək;

Agile/Scrum yanaşmaları əsasında backlog idarəetməsi, user story və acceptance criteria-ların hazırlanmasını təmin etmək;

İnvestisiya məhsulları üzrə regulator tələblərinin, eləcə də tərəfdaş qurumlarla inteqrasiya ehtiyaclarının düzgün müəyyən olunmasını təmin etmək;

Məhsul üzrə texniki həllərin hazırlanması zamanı IT, təhlükəsizlik və inteqrasiya komandaları ilə sıx əməkdaşlıq etmək;

Müştəri davranışlarını, bazar tendensiyalarını və rəqib məhsullarını təhlil edərək yeni imkanları müəyyənləşdirmək;

Məhsul performansını KPI və digər göstəricilər əsasında izləmək və optimallaşdırma təşəbbüsləri irəli sürmək;

Beynəlxalq investisiya praktikalarını və fintech trendlərini davamlı araşdıraraq innovativ həllərin tətbiqinə təşəbbüs göstərmək.

Apply at the source

This role was published by Bank Respublika ASC and listed via Careera. Applications are handled there, not on this site.

View & apply on careera.az ↗