Verilənlər bazasının administrasiyası şöbəsinin mütəxəssisi (DBA)

Bank Respublika ASC

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

Təsvir

MongoDB, MS SQL Server, Oracle və PostgreSQL verilənlər bazalarının idarə olunması və texniki dəstəyinin göstərilməsi;

Verilənlər bazalarında yaranan problemlərin operativ şəkildə araşdırılması, səbəblərinin müəyyənləşdirilməsi və həll olunması;

Database performansının monitorinqi və optimallaşdırılması;

SQL sorğularının analiz edilməsi və performans problemlərinin aradan qaldırılması;

Backup və Restore proseslərinin qurulması, idarə olunması və mütəmadi yoxlanılması;

Ehtiyat (Backup) bazalarının və Standby Database-lərin qurulması və idarə olunması;

High Availability və Disaster Recovery həllərinin qurulmasında və idarə olunmasında iştirak;

Database replication və synchronization proseslərinin monitorinqi və idarə olunması;

Database-lərin versiyalarının yenilənməsi, patch və upgrade proseslərinin həyata keçirilməsi;

Database serverlərinin resurslarının (CPU, RAM, Disk, I/O və s.) monitorinqi;

Database təhlükəsizliyinin təmin edilməsi, istifadəçi və rolların idarə olunması;

İstifadəçilərə və tətbiqlərə database girişlərinin (access) idarə olunması;

Database üzrə logların və sistem göstəricilərinin monitorinqi;

Incident və problem management proseslərində iştirak və yaranan problemlərin vaxtında həll edilməsi;

Database dəyişikliklərinin planlaşdırılması və təhlükəsiz şəkildə tətbiq olunması;

Production, Test və Development mühitləri arasında database proseslərinin koordinasiyası;

Database mühitlərinin avtomatlaşdırılması və standartlaşdırılması;

Ansible və digər DevOps avtomatlaşdırma alətlərindən istifadə etməklə rutin əməliyyatların avtomatlaşdırılması;

Deployment proseslərinin avtomatlaşdırılmasında və CI/CD proseslərində iştirak;

Monitoring və alerting sistemlərinin qurulması və idarə olunmasında iştirak;

Server və database mühitlərinin DevOps prinsiplərinə uyğun şəkildə idarə olunması;

Texniki sənədləşmənin hazırlanması və mövcud sənədlərin yenilənməsi;

Yeni texnologiyaların araşdırılması və mövcud database/DevOps infrastrukturunun təkmilləşdirilməsi.

Tələblər

Ali təhsil;

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

MongoDB, MS SQL, Oracle və PostgreSQL üzrə minimum orta səviyyədə bilik;

Qeyd olunan database-lər üzrə sertifikatların mövcudluğu;

Ansible və digər avtomatlaşdırma alətləri ilə işləmə bacarığı;

Deployment, monitoring və sistemlərin avtomatlaşdırılması üzrə ilkin biliklər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Bank Respublika ASC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗