Find your next opportunity

Newest first

Məhsul sahibi - VAS squad

Kapital Bank

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Sizin rolunuz Micro və SME seqmentində fəaliyyət göstərən sahibkarlar və hüquqi şəxslər üçün əlavə dəyər yaradan rəqəmsal xidmətlərin (Value Added Services – VAS) inkişaf etdirilməsi, yeni məhsul imkanlarının müəyyənləşdirilməsi və Birbank Biznes platforması çərçivəsində vahid biznes ekosisteminin formalaşdırılması olacaq.

Bu rolda siz sahibkarların gündəlik biznes proseslərini sadələşdirən, müştəri aktivliyini və loyallığını artıran, eyni zamanda bank üçün yeni gəlir imkanları yaradan innovativ məhsul və xidmətlərin yaradılması və inkişafına töhfə verəcəksiniz.

Ali təhsil (biznesin idarə edilməsi, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr);

Product Owner, Product Manager və ya rəqəmsal məhsulların inkişafı üzrə iş təcrübəsi;

Bankçılıq, FinTech, telekomunikasiya, SaaS, B2B platformaları və ya rəqəmsal ekosistem məhsulları üzrə təcrübə;

Rəqəmsal məhsulların hazırlanması və bazara çıxarılması proseslərində praktiki iştirak.

Daxili və xarici tərəfdaşlar, həmçinin üçüncü tərəf platformaları ilə inteqrasiyaların tələblərin müəyyən edilməsindən test və istifadəyə verilməyədək idarə olunması üzrə praktiki təcrübə.

Strateji və məhsul yönümlü düşüncə;

Müştəri ehtiyaclarını anlama və problem həll etmə;

Analitik və data-driven qərarvermə;

Güclü kommunikasiya və stakeholder management;

Prioritetləşdirmə və nəticəyönümlülük;

Yenilikçi düşüncə və sahibkarlıq yanaşması;

Komandalararası əməkdaşlıq və liderlik.

Azərbaycan və ingilis dillərində işgüzar ünsiyyət bacarığı.

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

VAS istiqaməti üzrə məhsul strategiyasını, roadmap-i və inkişaf prioritetlərini müəyyən etmək;

Micro və SME müştərilərinin ehtiyaclarının araşdırılması, yeni məhsul imkanlarının müəyyənləşdirilməsi;

Yerli və beynəlxalq bazarlarda VAS, FinTech və rəqəmsal biznes xidmətləri üzrə trendlərin və rəqib təkliflərinin təhlili;

Məhsullar üzrə biznes modellərinin və biznes-keyslərin hazırlanması;

Məhsulun ideyadan bazara çıxarılmasına qədər bütün həyat dövrünün idarə edilməsi.

AI əsaslı biznes tövsiyələri və digər innovativ VAS imkanlarının araşdırılması.

Squad üzrə Product Backlog-un formalaşdırılması və prioritetləşdirilməsi;

Epic, Feature və User Story-lərin hazırlanması, Acceptance Criteria-ların müəyyən edilməsi;

Sprint Planning, Backlog Refinement, Sprint Review və digər Agile mərasimlərində aktiv iştirak;

Biznes, IT, UX/UI, analitika, risk, hüquq və digər maraqlı tərəflərlə əməkdaşlığın təmin edilməsi;

Məhsulların vaxtında və keyfiyyətlə istifadəyə verilməsinin koordinasiyası.

Müştəri davranışlarının, istifadə tezliyinin və məhsul performansının təhlili;

Müştəri rəyləri və istifadəçi məlumatları əsasında məhsulların davamlı təkmilləşdirilməsi;

Məhsulların müştəri aktivliyinə, retention göstəricilərinə və bankın gəlirlərinə təsirinin ölçülməsi.

Apply at the source

This role was published by Kapital Bank and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗