Find your next opportunity

Newest first

Rəqəmsal dələduzluğa qarşı mübarizə sistemləri üzrə proqramçı (Fraud Rule Developer)

Kapital Bank

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

Bu rolda kart əməliyyatları və ödəniş kanalları üzrə rəqəmsal dələduzluğun qarşısının alınması üçün texniki həllərin hazırlanmasında və inkişaf etdirilməsində iştirak edəcəksən. Fraud ssenarilərinin sistemlərə inteqrasiyası, avtomatlaşdırılmış qərarvermə mexanizmlərinin qurulması və mövcud sistemlərin optimallaşdırılması vasitəsilə ekosistemin ödəniş xidmətlərinin təhlükəsizliyinə və etibarlılığına töhfə verəcəksən.

Ali təhsil;

Software Development, System Engineering və ya əlaqəli texniki istiqamətlər üzrə minimum 3 il iş təcrübəsi;

Bank və ya FinTech sektorunda iş təcrübəsi;

İnformasiya sistemlərinin və tətbiqlərin hazırlanması, inkişafı və texniki dəstəyi üzrə bilik və bacarıqlar;

SQL və verilənlər bazaları ilə işləmək bacarığı;

Rule Engine, Scoring və avtomatlaşdırılmış qərarvermə mexanizmləri üzrə biliklər;

API, Batch və Real-time inteqrasiyalar üzrə bilik və bacarıqlar;

Fraud risklərinin qarşısının alınması üçün istifadə olunan proqram təminatları üzrə biliklər;

Sistem nasazlıqlarının araşdırılması və kök səbəb analizi (Root Cause Analysis) aparmaq bacarığı;

Version Control, Change Management və Deployment prosesləri üzrə biliklər;

Texniki sənədləşmənin hazırlanması bacarığı;

MS Office proqramları üzrə biliklər;

Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;

Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;

Problem həlletmə bacarığı və nəticəyönümlülük;

Şöbələrarası əməkdaşlıq qabiliyyəti;

Sahiblənmə və məsuliyyət hissi;

Dəyişən mühitə çevik adaptasiya;

Python və ya digər proqramlaşdırma dilləri üzrə biliklər üstünlükdür;

İngilis dili biliyi üstünlükdür.

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Kart əməliyyatları və ödəniş kanallarının təhlükəsizliyini təmin edən sistemləri təhlil etmək, mövcud çatışmazlıqları müəyyən etmək və təkmilləşdirmə üzrə təkliflər vermək;

Daxili informasiya sistemlərinin və tətbiqlərin hazırlanmasını, inkişafını və texniki dəstəyini təmin etmək;

Mövcud sistemlər üzrə dəyişikliklərin (Enhancement, Change Request) texniki icrasını həyata keçirmək;

Analitika və digər struktur bölmələr tərəfindən hazırlanmış Fraud ssenarilərini (Rules) və nəzarət mexanizmlərini sistemlərə inteqrasiya etmək;

Rule Engine, Scoring və avtomatlaşdırılmış qərarvermə mexanizmlərini qurmaq və optimallaşdırmaq;

Sistemlərarası inteqrasiyaları (API, Batch, Real-time) qurmaq və məlumat axınlarının düzgün işləməsini təmin etmək;

Tranzaksiya sistemlərində real və real vaxta yaxın rejimdə (Real-time və Near Real-time) nəzarət mexanizmlərini tətbiq etmək;

Sistem nasazlıqlarını və insidentləri araşdırmaq, kök səbəblərini müəyyən etmək və aradan qaldırmaq;

Sistemlərin performansını izləmək və optimallaşdırmaq;

Yeni texniki həllərin tətbiqi zamanı sistemlərarası uyğunluğu təmin etmək;

Texniki sənədləri (Technical Documentation, API Documentation, System Design) hazırlamaq və aktuallığını qorumaq;

Versiyaların idarə edilməsi, sistem dəyişiklikləri və Deployment proseslərində iştirak etmək;

Məlumatların bütövlüyünü, sistemlərin sabitliyini və təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək;

Təşəbbüskarı olduğu və ya istifadə etdiyi modellər üzrə məsuliyyət daşımaq.

Apply at the source

This role was published by Kapital Bank and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗