Find your next opportunity

Newest first

Məhsul Sahibi (Product Owner) üzrə Təcrübə Proqramı

Rabitəbank ASC

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Təsvir

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində riteyl sahəsi üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

Təcrübə nələri əhatə edir:

Peşəkar təlimlər (nəzəri və praktiki)

Baş ofis və filiallarda real təcrübə imkanı

Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq

Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti

Məhsul üzrə yeni funksionallıqların və təkmilləşdirmələrin müəyyən edilməsində iştirak etmək.

İstifadəçi ehtiyaclarını araşdırmaq və onların biznes tələblərinə çevrilməsinə dəstək göstərmək.

User Story-lərin və ilkin Acceptance Criteria-ların hazırlanmasında iştirak etmək.

Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsinə dəstək vermək.

Product Backlog-un formalaşdırılması və yenilənməsində iştirak etmək.

Biznes və texniki komandalar arasında kommunikasiyaya dəstək göstərmək.

Hazırlanmış funksionallıqların biznes tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək.

Tələblər

Istifadəçi hekayələrinin ( User Story ) "Rola görə – Arzu olunan fəaliyyət – Biznes dəyəri" strukturuna uyğun tərtib edilməsi bacarığı.

Tələblərin keyfiyyətini qiymətləndirmək üçün INVEST meyarlarından xəbərdar olmaq.

Tapşırıqların biznes dəyərinə görə prioritetləşdirilməsi prinsiplərini bilmək (məsələn, MoSCoW metodu).

Yüksək səviyyəli qəbul meyarlarının ( Acceptance Criteria ) formalaşdırılması bacarığı.

Apply at the source

This role was published by Rabitəbank ASC and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗