Kiçik texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)

Stark Technology MMC

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Vəzifə öhdəlikləri

Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;

Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;

Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;

Kabel kanalları, borular və metal konstruksiyaların montajında iştirak;

NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;

Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq uyğun olaraq işləmək;

Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.

İş şəraiti:

İş yeri: Bakı şəhəri;

6 günlük iş həftəsi;

Əmək haqqı 600-700 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Tələblər:

Zəif cərəyan, elektrik və ya təhlükəsizlik sistemləri üzrə sahəsində ilkin nəzəri və praktiki biliklər;

Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;

Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə  “Kiçik texnik ( kamera və siqnalizasiya sistemləri üzrə) ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan  elektron poçt ünvanına  göndərilməsi xahiş olunur.

Apply at the source

This role was published by Stark Technology MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗