Aparıcı texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Vəzifə öhdəlikləri
Kamera müşahidə sistemlərinin (CCTV - IP/Analog) kabel çəkilişinə, quraşdırılmasına,
sazlanmasına və proqramlaşdırılmasına nəzarət edilməsi və icrası;
Yanğın
və mühafizə siqnalizasiyası, girişə nəzarət (Access Control) sistemlərinin montajı, sensor, siren və mərkəzi
panellərin qoşulması və tənzimlənməsi;
Şəbəkə (UTP, FTP, Fiber Optik) və
enerji xətlərinin çəkilməsi, Fiber Optik kabellərin qaynağı (splicing) və ölçülməsi işlərinin həyata
keçirilməsi;
Kabel kanalları, borular və metal konstruksiyaların
montajının keyfiyyətinə və layihəyə uyğunluğuna nəzarət edilməsi;
NVR,
DVR, switch, PoE switch, access point və digər şəbəkə avadanlıqlarının fiziki quraşdırılması, IP ünvanlanması və
konfiqurasiya olunması;
Sistemlərin yekun testinin aparılması, mürəkkəb
texniki nasazlıqların dərhal diaqnostikası və aradan qaldırılması;
Layihə
və montaj sxemlərinə dəqiq riayət olunmasını təmin etmək, zəruri hallarda sxemlərə texniki düzəliş təkliflərinin
təqdim edilməsi;
Obyektdə çalışan kiçik texnik və texniklərin iş
bölgüsünün aparılması, onların işinə yönəldici nəzarətin olunması;
Görülmüş işlər, layihənin gedişatı və yekun sınaq nəticələri barədə texniki rəhbərə müntəzəm
hesabatların təqdim edilməsi.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
6 günlük iş
həftəsi;
Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə
əsasən təyin olunacaqdır).
Tələblər:
Kamera, siqnalizasiya və zəif cərəyan sistemlərinin quraşdırılması və tənzimlənməsi
sahəsində 2-3 il iş təcrübəsi;
Müxtəlif brendlərin (Hikvision, Dahua,
Honeywell və s.) IP avadanlıqları və proqram təminatı ilə sərbəst işləmək bacarığı;
Şəbəkə sistemləri (LAN/WAN, IP konfiqurasiya, Router/Switch tənzimləmələri) üzrə praktiki
biliklər;
Layihə, çertyoj və montaj sxemlərini sərbəst oxumaq və təhlil
etmək bacarığı;
Məsuliyyətli, intizamlı və komandada işləmək
bacarığı.
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “ Aparıcı texnik (kamera,
siqnalizasiya və zəif axın sistemləri üzrə) ” qeyd
edərək Müraciət
et düyməsində qeyd
olunan elektron poçt ünvanına göndərilməsi
xahiş olunur.
Apply at the source
This role was published by Stark Technology MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/aparici-texnik-kamera-siqnalizasiya-ve-zeif-axin-sistemleri-uzre-d6Tiak