Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Supervisor
- Category
- Other Tech
- Posted
Description
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
İSO-9001 və İSO-22000, habelə İSO-17025 və FSSG-22000 tələblərinə
uyğun şirkətin normativ sənədlərinin, prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin
hazırlanması, monitorinqi və razılaşdırılmasını təmin etmək;
Keyfiyyət
standartları üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını, sənədlərin dövri olaraq
adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə
bağlı birbaşa rəhbərinə və digər struktur bölmələrin rəhbərlərinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin
istifadə olunmamasına nəzarət etmək;
Şirkətin struktur
bölmələrinin daxili auditlərini aparmaq, uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici
tədbirlərin icrasına nəzarət etmək və uyğunsuzluğun təhlilində iştirak etmək;
KİS prosesləri, prosedurları, qaydaları şirkətin əməkdaşlarına çatdırmaq və praktiki
məsələlərdə iştirak etmək;
Keyfiyyəti idarəetmə sənədlərinə, o
cümlədən sertifikatlar, kalibrləmə, sınaq nəticələri, yoxlama sorğuları, uyğunsuzluq hesabatlarının hazırlanmasını
təmin etmək;
Audit yoxlamalarının standartın tələblərinə uyğun
sənədləşdirilməsini aparmaq;
İşçilərə
bütün keyfiyyət standartları haqqında bilikləri təmin etmək, bütün keyfiyyət təlimatlarına və
prosedurlara uyğunluğu təmin etməklə vaxtaşırı keyfiyyətlə bağlı təlimlərin təşkil olunmasını həyata
keçirmək;
Zavodlarda keyfiyyətə nəzarət sahəsindəki formaların
işlənilməsinə və düzgünlüyünə nəzarət edib hesabat təqdim etmək;
Yeni
standartları nəzərə çatdırmaq, müvafiq şöbələrlə standartların tələblərinin tətbiqi barədə plan
hazırlamaq;
Rəhbərliyin göstərişinə əsasən, müvafiq struktur bölmələri
keyfiyyət standartlarının tələbləri çərçivəsində plandankənar audit etmək;
KİS tələblərinə uyğun risklərin müəyyən etmək və izlənilməsinin təmin
etmək;
Keyfiyyətin İdarəedilməsi istiqaməti üzrə aylıq, rüblük, illik
hesabatların hazırlanmasında iştirak etmək;
Şəmkir zavodunda KİS-in
qurulmasına dəstək vermək, zavodun sənədləşməsinin yenilənməsində və auditlərində iştirak
etmək;
Şəmkirdəki laboratoriyanı uyğun vəziyyətə gətirmək, əməkdaşlarına
yerində təlimlər keçmək və nəzəri biliklərinin artırılmasına dəstək olmaq;
Xammal üzrə tədarükçü (vendor) dəyərləndirilmələrini keçirmək, vaxtaşırı audit məqsədilə
səfərlər etmək və çek-listlərə uyğun yoxlamaq.
Namizədə tələblər:
Təhsil: Ali təhsil (Kimya, biologiya, qida mühəndisliyi və ya digər
uyğun ixtisaslar üzrə), Magistratura təhsili arzuolunandır.
Sertifikatlar: İSO-nun müxtəlif kateqoriya (İSO-9001, İSO-22000, İSO-17025)
təlimlərində iştirak mütləqdir. FSSG, BRCGS standartları ilə işləmə təcrübəsi arzuolunandır.
İş təcrübəsi: Qida sahəsində minimum 5 il təcrübə
mütləqdir.
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis
dili (orta), Rus dili (arzuolunandır)
Ezamiyyətə gedə
bilməlidir.
İş Qrafiki: 5 günlük qrafik (şənbə günü – iş zəruriyyətinə uyğun
olaraq )
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
Nahar təminatı
Servis
təminatı
Könüllü tibbi sığorta ilə təmin edilmə
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Keyfiyyət idarəetmə sistemi üzrə
aparıcı mütəxəssis” başlığı ilə Müraciət
et düyməsində qeyd olunan elektron poçt
ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by ATS Food and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/keyfiyyet-idareetme-sistemi-uzre-aparici-mutexessis-SDh4Sl