Junior UI/UX Designer / Web Designer

Neon Studio

Location
Baku
Employment
Full-time
Level
Junior specialist
Category
Design & UX
Posted

Description

HR sahəsində yeni startap layihəsi üçün başlanğıc səviyyəli UI/UX dizayner axtarırıq.

Layihə artıq hazırlanma mərhələsindədir. Əsas struktur, səhifələrin məntiqi və UX hissəsinin böyük qismi hazırdır. Buna görə dizaynerdən bütün layihəni sıfırdan düşünmək və qurmaq tələb olunmur.

Biz başlanğıc səviyyəli dizayner axtarırıq, buna görə böyük iş təcrübəsi və ya ideal portfolio tələb etmirik . Bizim üçün əsas olan yaxşı vizual zövq, səliqəli işləmək, inkişaf etmək istəyi və Figma ilə işləmək bacarığıdır.

Görüləcək işlər

Hazır səhifə strukturları üzərində işləmək

Figma-da yeni ekranlar hazırlamaq və mövcud dizaynları təkmilləşdirmək

Layihə üzrə vahid vizual üslubu qorumaq

Auto Layout və komponentlərlə işləmək

Hazır tapşırıqlar əsasında yeni səhifə və ekranlar hazırlamaq

UI/UX baxımından daha yaxşı həll gördükdə öz təkliflərini vermək

Kimi axtarırıq?

Junior dizaynerlər, tələbələr və UI/UX sahəsinə yeni başlayanlar müraciət edə bilərlər.

Kommersiya təcrübəsi mütləq deyil.

Bizim üçün vacibdir:

UI/UX haqqında baza biliklərinin olması

Figma ilə işləmək bacarığı

Detallara diqqət və səliqəli işləmək

Veb və məhsul dizaynı sahəsində inkişaf etmək istəyi

Rus dilini yaxşı bilmək böyük üstünlükdür.

Portfolio, Behance, Figma layihələriniz və ya sadəcə bir neçə işiniz varsa, göndərə bilərsiniz. Böyük portfolio yoxdursa, problem deyil.

Şərtlər

Bu bir startap layihəsidir , buna görə hazırkı mərhələdə büdcəmiz məhduddur.

Layihə üzrə ümumi büdcə: 500 AZN

İş bir neçə mərhələyə bölünəcək. Hər mərhələ tamamlandıqdan və təsdiqləndikdən sonra ödəniş həyata keçiriləcək. Hər mərhələnin iş həcmi və ödənişi əvvəlcədən razılaşdırılacaq.

Əgər əməkdaşlığımız uğurlu alınarsa, layihə inkişaf etdikcə gələcəkdə də birlikdə işləmək imkanı olacaq.

Müraciət üçün

Özünüz haqqında qısa məlumat yazın və varsa portfolio və ya bir neçə işinizi göndərin.

Əlaqə / WhatsApp: +994 55 924 33 30

Apply at the source

This role was published by Neon Studio and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗