İT Arxitektor

ABB

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted
Deadline

Description

Görəcəyiniz işlər:

Böyük həcmli məlumatların emalı üçün etibarlı proseslərinin hazırlanması və idarə edilməsi;

Batch və streaming rejimlərində məlumat emalı proseslərinin qurulması;

Data Lake, Data Warehouse və Lakehouse arxitekturalarının tətbiqi və inkişaf etdirilməsi;

Real-time məlumatların CDC mexanizmləri ilə platformaya inteqrasiyası;

Məlumat platformasında performans, etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun texniki həllərin hazırlanması;

Cross-functional komandalar üçün texniki dəstəyin göstərilməsi və proseslərin sənədləşdirilməsi.

Bizim üçün uyğun namizəd:

Apache Spark ilə dağıdılmış məlumat emalı (batch və streaming) üzrə güclü təcrübəsi olan;

Trino (və ya Presto) üzrə dərin biliklərə sahib;

Hive ilə məlumat anbarı, partitioning, serde və performans optimallaşdırılması üzrə təcrübəyə malik;

CDC prosesləri və Oracle GoldenGate vasitəsilə real-time data ingesting üzrə bilikləri olan;

Apache Airflow ilə DAG-ların hazırlanması, optimallaşdırılması və iş cədvəllərinin idarə olunmasını bacaran;

Apache Ranger ilə data security, access control və audit siyasətlərinin tətbiqini edə bilən;

Data governance, metadata management və audit mexanizmlərinin qurulması üzrə təcrübəyə malik;

MLflow vasitəsilə model tracking, versioning və deployment proseslərinin idarə edilməsini bacaran;

Feast ilə feature store dizaynı və idarə olunmasına malik;

Jupyter mühitində ilkin data processing və eksperimentlərin aparılmasını bilən;

Linux əməliyyat sistemləri üzrə dərin biliklərə malik;

MinIO advanced administration (erasure coding, bucket policy, load balancing);

Python — Spark, Airflow DAG-ları, ETL və MLOps prosesləri üzrə biliklərə sahib;

Git və CI/CD (GitLab CI/Jenkins) ilə iş təcrübəsi olan;

Shell scripting və SQL üzrə bilikləri olan;

Docker/Kubernetes teknologiyaları üzrə anlayış (üstünlükdür) olan;

Big Data, Data Engineering minimum 3–5 il iş təcrübəsinə sahib;

Enterprise-level data platformalarında çalışma təcrübəsi üstünlük hesab olunur;

Kompleks sistemləri analiz etmək və problemlərin əsas səbəblərini müəyyən etmək bacarığı olan;

Komanda ilə səmərəli əməkdaşlıq və digər departamentləri texniki baxımdan dəstəkləmək bacarığı olan;

Sənədləşdirmə, standartlara uyğunluq və təhvil-təslim proseslərini dəqiq icra edə bilən şəxsdir.

Apply at the source

This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.

View & apply on careers.abb-bank.az ↗