İstehsalat texiniki xidməti / Texniki Nəzarət və Keyfiyyət şöbəsi - Havalandırma və soyutma sistemləri üzrə mühəndis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
- Deadline
Description
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İstehsalat Texniki Xidmətinin
Texniki Nəzarət və Keyfiyyət şöbəsinə Havalandırma və soyutma sistemləri üzrə mühəndis axtarırıq!
Vəzifə funksiyası:
Namizəd havalandırma və soyutma sistemlərinin texniki vəziyyətinin
qiymətləndirilməsi, istismar və texniki xidmət proseslərinə nəzarət, layihə sənədlərinin təhlili,
uyğunsuzluqların və nasazlıqların səbəblərinin müəyyən edilməsi, eləcə də onların aradan qaldırılması üzrə
təkliflərin hazırlanması işlərini həyata keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Havalandırma, kondisionerləşdirmə və soyutma sistemlərinin texniki vəziyyətinə
nəzarət etmək;
Mühəndis sistemlərinin istismarı, texniki xidməti və
layihə həllərinin təhlilini həyata keçirmək;
Sistemlərdə yaranan
nasazlıqların səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üzrə texniki təkliflər
hazırlamaq;
Avadanlıqların iş parametrlərini təhlil etmək, hava sərfi və
soyutma yükü ilə bağlı hesablamaları aparmaq;
Layihə və icra sənədlərini,
texniki tapşırıqları və avadanlıq spesifikasiyalarını yoxlamaq;
Layihə
həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları aşkar
etmək;
Havalandırma sistemlərinin sınaqdan keçirilməsi, hava sərflərinin
ölçülməsi və balanslaşdırılması proseslərinə nəzarət etmək;
Podratçı
təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə uyğunluğunu yoxlamaq;
Texniki hesabatlar, nöqsan aktları və müvafiq təkliflər hazırlamaq;
Əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını təmin
etmək.
Namizədlərdən tələblərimiz
Ali təhsil (Havalandırma, mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas
üzrə);
Müvafiq sahə (HVAC) üzrə minimum 3 il iş
təcrübəsi;
Mühəndis sistemlərinin istismarı, texniki xidməti və
layihələndirilməsi üzrə praktiki biliklər;
Mərkəzi və yerli havalandırma
sistemləri, vurucu və sorucu ventilyatorlar, VRF/VRV, çiller, fan-koyl və split kondisioner sistemlərinin iş
prinsiplərini bilmək;
Hava sərfi, hava kanallarının en kəsiyi, hava
sürəti, təzyiq itkiləri və soyutma yükünün hesablanması üzrə biliklər;
Elektrik və avtomatik idarəetmə sxemlərini oxumaq, SCADA və BMS sistemləri barədə
biliklər;
AutoCAD proqramında mühəndis çertyojlarını oxumaq və onlarla
işləmək bacarığı;
HVAC sistemlərinə aid qüvvədə olan tikinti norma və
qaydaları, EN 16798 və EN 12599 standartları barədə biliklər;
MS Office
proqramlarında sərbəst işləmək bacarığı;
İngilis və ya rus dilində
texniki sənədləri oxumaq bacarığı;
Analitik düşünmə və problem həll etmə
bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət
imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5683 müraciətinizi
tamamlaya bilərsiniz.
Uğurlar!
Apply at the source
This role was published by Bakı Metropoliteni and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/istehsalat-texiniki-xidmeti-texniki-nezaret-ve-keyfiyyet-sobesi-havalandirma-ve-soyutma-sistemleri-uzre-muhendis-7idf6p