Find your next opportunity

Newest first

Avtobuslara texniki dəstək üzrə mütəxəssis (Naxçıvan şəhəri üzrə)

Bakı Metropoliteni

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
IT Support & SysAdmin
First seen
Deadline

Description

Peşəkar komandamıza qoşulmaq üçün avtobuslarda quraşdırılmış elektron cihazların və mərkəzi nəzarət sistemlərinin etibarlı, davamlı fəaliyyətini təmin edəcək və texniki dəstək proseslərini həyata keçirəcək Avtobuslara texniki dəstək üzrə mütəxəssis axtarırıq!

Sizə nə təklif edirik?

Sabit və etibarlı iş mühiti;

Peşəkar komandada inkişaf və karyera imkanları.

Avtobuslarda quraşdırılmış elektron cihazların və mərkəzi nəzarət sistemlərinin etibarlı və davamlı fəaliyyətini təmin etmək;

Nəzarət sistemlərinin yaradılması və inkişaf etdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək;

Avtobuslardakı mövcud nəzarət sistemlərinin təkmilləşdirilməyə və yenilənməyə olan ehtiyaclarını və bunun həyata keçirilməsi yollarını müəyyənləşdirmək;

Nəzarət sistemləri arasında əlaqə interfeyslərinin yaradılması tələblərini müəyyən etmək;

Nəzarət sistemlərinin quraşdırılması proseslərini planlaşdırmaq və idarə etmək;

Nəzarət sistemlərinin normativ-metodoloji bazasının hazırlanmasını və təkmilləşdirilməsini təşkil etmək;

Avtobuslardakı nəzarət sistemlərinə dair şöbəyə daxil olan müraciətlərə baxmaq, məktub və sorğulara cavabların hazırlanmasını təşkil etmək və müvafiq şöbələrlə işləri koordinasiya etmək;

Avtobuslarda quraşdırılmış avadanlıqların mütəmadi yoxlanılmasını təşkil etmək, problemlərin siyahısını tərtib etmək və baş məsləhətçiyə məruzə etmək;

Avtobuslarda quraşdırılmış kameraların işləməsinə nəzarət etmək və nasaz kameraların təmir olunması və ya yenisi ilə dəyişdirilməsi üçün baş məsləhətçiyə məruzə etmək;

Avtobuslarda nəzərdə tutulan hər hansı elektron cihazın quraşdırılmasını və nəzarət edilməsini təmin etmək və baş məsləhətçiyə məruzə etmək;

Əmək, nizam-intizam, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

Cəmiyyətdə qəbul edilmiş və şöbənin fəaliyyətini tənzimləyən daxili normativ-hüquqi sənədlərə və iş prosedurlarına qeyri-şərtsiz riayət etmək.

Requirements

  • Müvafiq sahə üzrə (İT, Avtomatlaşdırma, Elektronika, Mühəndislik və ya əlaqəli texniki sahələr) ali təhsil;
  • Elektron cihazlar, avtomatlaşdırılmış nəzarət sistemləri və kamerasallanma / İT avadanlıqları ilə iş təcrübəsi;
  • Şəbəkə interfeysləri, elektron sistemlərin quraşdırılması və nasazlıqların aradan qaldırılması üzrə biliklər;
  • Sənədləşmə, rəsmi məktublaşma və normativ-metodoloji bazanın hazırlanması bacarığı;
  • Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komandada işləmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə məlumatlılıq.

Apply at the source

This role was published by Bakı Metropoliteni and listed via Metro. Applications are handled there, not on this site.

View & apply on hr.metro.gov.az ↗