İnformasiya sistemləri üzrə mühəndis

AzInTelecom

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İstifadəçilərə və aidiyyəti struktur bölmələrə texniki məsləhət və metodoloji dəstəyin göstərilməsi.

İnformasiya sistemlərinin və İT infrastrukturunun texniki qiymətləndirilməsinin həyata keçirilməsi;

Verilənlər bazaları və tətbiq sistemlərinin fəaliyyətinin təhlili və optimallaşdırılması;

Yeni informasiya sistemlərinin tətbiqi, sınaqdan keçirilməsi, inteqrasiyası və istismara verilməsi proseslərində iştirak edilməsi;

İT infrastrukturuna aid texniki sənədlərin, istismar prosedurlarının, istifadəçi təlimatlarının və sistem sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi.

Requirements

İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

Verilənlər bazalarının təhlili üzrə dərin bilik;

Verilənlər bazalarının modelləşdirilməsi, optimallaşdırılması və məhsuldarlığının artırılması prinsipləri;

İnformasiya sistemlərinin arxitekturası və qarşılıqlı inteqrasiya prinsipləri;

Java proqramlaşdırma dili, HTML və CSS üzrə baza bilikləri;

Microsoft Office proqram paketindən, xüsusilə Excel proqramının analitik funksiyalarından peşəkar istifadə bacarığı;

Server, verilənlər bazası və informasiya sistemlərinin istismarı, monitorinqi və texniki dəstəyi sahəsində iş təcrübəsi;

Böyük həcmli məlumatların emalı, strukturlaşdırılması, optimallaşdırılması və təhlili üzrə praktiki bilik və bacarıqlar;

İnformasiya sistemlərinin tətbiqi, modernləşdirilməsi və texniki layihələrin icrasında iştirak təcrübəsi;

Texniki sənədlərin, sistem arxitekturasına dair sənədlərin və istismar sənədlərinin hazırlanması bacarığı;

Analitik və sistemli düşünmə qabiliyyəti;

Mürəkkəb texniki problemləri təhlil etmək və optimal həll variantları hazırlamaq bacarığı;

Dəyişən texnoloji mühitə operativ uyğunlaşmaq və yeni texnologiyaları mənimsəmək bacarığı;

Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;

Komandada əməkdaşlıq və funksiyalararası koordinasiya bacarığı;

Effektiv yazılı və şifahi kommunikasiya bacarığı;

Texniki sənədlərin yüksək keyfiyyətlə hazırlanması və təqdim edilməsi bacarığı;

Vaxtın səmərəli idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi;

Detallara diqqət, sistemli yanaşma və keyfiyyət standartlarına riayət etmək bacarığı.

Müraciət etmək üçün : [email protected]

Apply at the source

This role was published by AzInTelecom and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗