VMware virtualizasiya sistemləri üzrə mühəndis

AzInTelecom

Location
Baku
Employment
Full-time
Category
DevOps & SRE
Posted

Description

Departament: İnformasiya texnologiyaları departamenti/Müştəriyə texniki dəstək şöbəsi/Sistemlərə texniki dəstək bölməsi

Vəzifə öhdəlikləri:

VMware əsaslı virtual infrastrukturun quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;

Virtual mühitlərin yüksək əlçatanlığının (High Availability), performansının və təhlükəsizliyinin təmin edilməsi;

Backup, replikasiya və Disaster Recovery həllərinin idarə olunması, ehtiyat nüsxələmə və bərpa proseslərinin icrası;

Server, storage və SAN infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması;

Virtual infrastruktur üzrə insidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və sistemlərin monitorinqinin həyata keçirilməsi;

Virtualizasiya mühitinin inkişafı və optimallaşdırılması istiqamətində digər İT komandaları ilə əməkdaşlıq.

Tələb olunan bilik və bacarıqlar:

Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);

Sistem mühəndisliyi, Virtualizasiya mühəndisliyi istiqamətində 2-3 il iş təcrübəsi;

⁠Virtualizasiya: VMware vSphere, Hyper-V, platformaları ilə işləmə bacarığı, virtualizasiya ilə bağlı dərin biliklər;

⁠Backup və replikasiya texnologiyaları: Veeam Backup & Replication, Zerto, VMware Site Recovery Manager (SRM), Microfocus Data Protector həlləri ilə bilik və təcrübə;

⁠Linux əməliyyat sistemləri: RHEL, Ubuntu, CentOS, Debian idarəetməsi və optimizasiyası;

Şəbəkə texnologiyaları və ümumi şəbəkə bilikləri: VLAN, Routing, VPN, Firewall, Load Balancing və şəbəkə təhlükəsizliyi;

Server və storage avadanlıqları: Fiziki serverlər və storage sistemlərinin konfiqurasiyası və idarə olunması;

SAN switch konfiqurasiyası: SAN Switch-lərinin konfiqurasiyası, zoning və fiber channel şəbəkələrinin idarə edilməsi;

Monitorinq alətləri: Zabbix, OPManager, AppManager, PRTG, Grafana, Prometheus ilə sistemlərin və şəbəkələrin monitorinqi;

İdarəetmə və avtomatlaşdırma alətləri: ManageEngine ailəsinə aid məhsullar (Endpoint Central, , ADManager və s.) və ya digər idarəetmə sistemləri;

Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti;

Daxili və xarici müştərilərlə peşəkar ünsiyyət və texniki dəstək göstərmə bacarığı;

Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.

İş rejimi: Növbəli qrafik əsasında.

Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by AzInTelecom and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗