Helpdesk Təcrübəçisi (Helpdesk Intern)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Student
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Departament/Şöbə: İnformasiya Texnologiyaları Departamenti
Vəzifə öhdəlikləri:
İlkin İT Dəstəyi: Şirkətin daxili istifadəçilərinə texniki
məsələlər üzrə ilkin İT dəstəyinin göstərilməsi.
Sorğuların İdarə
Edilməsi: Daxil olan sorğuların ManageEngine ServiceDesk Plus (Ticketing/ITSM) sistemi üzərindən
qəbul edilməsi, qeydiyyata alınması və idarə olunması.
Texniki
Problemlərin Həlli: Kompüter avadanlıqları (Hardware), proqram təminatı (Software) və əsas şəbəkə
problemlərinin diaqnostikası və həllində iştirak etmək.
Sənədləşdirmə: Yaranan texniki problemləri və onların həlli yollarını
sistemdə düzgün sənədləşdirmək.
İstifadəçi Dəstəyi:
Şəbəkə və əməliyyat sistemləri ilə bağlı gündəlik daxil olan texniki müraciətləri operativ şəkildə yönləndirmək və
həll etmək.
Namizədə dair tələblər:
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya
əlaqəli sahələr üzrə ali təhsil.
Dil Bilikləri:
Azərbaycan və İngilis dillərini yaxşı bilmək, sərbəst danışıq bacarığı (xarici resurslarla işləmək və yazışmalar
üçün mütləqdir). Rus dilinin olması arzu olunandır.
Texniki Biliklər:
Windows əməliyyat sistemi və kompüter avadanlıqları haqqında əsas
biliklər;
Şəbəkə üzrə əsas anlayışlar (IP, DNS, DHCP,
LAN/Wi-Fi);
Active Directory haqqında əsas
biliklər.
Şəxsi Keyfiyyətlər: Yaxşı kommunikasiya və komanda ilə işləmək bacarığı,
problemləri analiz etmək yetənəyi, öyrənməyə böyük həvəs və yeni texnologiyalara maraq.
Üstünlük verilməkdədir:
Helpdesk və ya İT Support üzrə ilkin təcrübə və ya təcrübə proqramlarında
iştirak;
Ticketing/ITSM sistemləri haqqında ümumi
anlayış;
ManageEngine məhsulları ilə tanışlıq.
İş şərtləri və Şirkət tərəfindən təklif olunur:
Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik və təcrübəyə
uyğun);
İş saatları: 09:00 - 18:00;
Nahar fasiləsi: 13:00 - 14:00;
İstirahət günləri: Şənbə və bazar;
İT sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq
imkanı;
Uğurlu təcrübə müddətindən sonra komandada daimi işə götürülmə
şansı;
Şirkət tərəfindən təmin olunan nahar;
Korporativ nömrə və danışıq limiti.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə
“Helpdesk Intern” yazaraq Müraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Vacib qeydlər:
CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd
edilməlidir .
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə
saxlanılacaqdır.
Ünvan: 152 Heydar Aliyev avenue, Chinar Plaza
Əlaqə: +994 50 261 35 50
Apply at the source
This role was published by Rabalon and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/helpdesk-tecrubecisi-helpdesk-intern-kt6NU1