Havalandırma sistemləri üzrə mühəndis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
HVAC-nin quraşdırılması, sınaqdan keçirilməsi, balanslaşdırılması və istismara verilməsi işlərinə nəzarət və idarə edilməsi.
Avadanlığın soyutma-istilik gücünün, havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
Zədələnən və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət
SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək.
SAP proqramında yaradılmış olan iş bildirişi, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi
İş bildirişinin SAP sistemi üzərindən yaradılması.
Təmir edilmiş komponentlərin və mexanizimlərin normal işləməsi üçün yoxlama sınaqlarını təmin etmək.
Cavabdeh olduğu sahələr üzrə avadanlıq və texniki qurğulara texniki qulluq planının hazırlanmasında iştirak etmək və plana uyğun olaraq nəzarət işlərini həyata keçirmək.
Texniki xidmət üçün zəruri olan ehtiyat hissələrin, alət və avadanlıqların planlı şəkildə tədarükünün təmin edildiyindən əmin olmaq.
Rəhbərliyə cavabdeh olduğu sahələr üzrə planlaşdırılan və görülən işlər baarədə tələb olunan qaydada hesabatların təqdim olunmasını təmin etmək.
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün inzibati binalar və qurğular üzrə fəaliyyət göstərmək.
Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Requirements
HVAC sahəsində minimum 3 il iş təcrübəsi.
Texniki sahə üzrə ali təhsil, HVAC və ya əlaqəli ixtisas üzrə təhsilin olması üstünlükdür.
Müvafiq sertifikatların olması üstünlükdür.
Beynəlxalq və yerli standartların tələblərinə və təlimatlara əsaslanaraq inzibati binalar və qurğularda havalandırma sistemlərinin təmiri və təmir işlərinə dəstək göstərilməsi.
Havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
Təmir edilmiş mexanizmlərin normal işləməsinin yoxlanılması.
Zədələnmiş və qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət və dəstək göstərilməsi.
İstilik, soyutma və havalandırma sistemləri üzrə işlərin nəzəri və praktiki əsaslarını bilmək.
Müraciət üçün (CV) : https://jobs.socar.az/job/Baku-Havaland%C4%B1rma-sisteml%C9%99ri-%C3%BCzr%C9%99-m%C3%BCh%C9%99ndis-Bak%C4%B1/1426979133/
Apply at the source
This role was published by SOCAR and listed via SmartJob.az. Applications are handled there, not on this site.
Original posting: https://smartjob.az/vacancy/84325-havalandirma-sistemleri-uzre-muhendis