ERP administrator
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Şirkətimiz ERP sistemlərinin idarə edilməsi və müştərilərə texniki dəstəyin göstərilməsi üçün ERP Administrator axtarır.
Vəzifə öhdəlikləri
LOGO ERP proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsi;
LOGO məhsulları üzrə texniki problemlərin araşdırılması və həlli;
Müştərilərə proqram təminatı ilə bağlı operativ dəstəyin göstərilməsi;
SQL sorğularının və istifadəçi tələblərinə uyğun hesabatların hazırlanması;
ServiceDesk sistemi üzərindən tapşırıqların və müraciətlərin idarə edilməsi;
ERP sistemində məlumatların düzgünlüyünə və fasiləsiz işə nəzarət;
İstifadəçilərin təlimatlandırılması və dəstəklənməsi;
Görülən işlərin və daxil olan müraciətlərin sənədləşdirilməsi.
Namizədə tələblər
LOGO və onun məhsulları ilə iş təcrübəsi;
SQL üzrə yaxşı səviyyədə bilik;
Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
ERP sistemlərinin iş prinsipləri haqqında bilik;
Müştərilərlə düzgün ünsiyyət və problem həll etmə bacarığı;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
Bakı şəhərində yaşamaq;
Kişi namizədlər üçün hərbi xidmətlə bağlı məhdudiyyətin olmaması.
ServiceDesk üzərindən tapşırıqların idarə edilməsi təcrübəsinə və Linux əməliyyat sistemi üzrə biliklərə sahib namizədlərə üstünlük veriləcək.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 17:00-dək;
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
Peşəkar inkişaf və təlim imkanları;
Mehriban və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ERP Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by Kalem Yazılım and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/kalem-yazilim-erp-administrator-148885