Elektrik mühəndisi (Yanğından mühafizə sistemləri üzrə)

Fire Safety Caspian Azerbaijan

Location
Not specified
Employment
Full-time
Category
Security
Posted

Description

Əsas vəzifə və öhdəliklər:

Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi,

quraşdırılması, sazlanması və texniki istismarına rəhbərlik etmək;

Yanğın

siqnalizasiya sistemlərinin texniki həllərinin hazırlanması və icrasına nəzarət etmək;

Yanğın siqnalizasiya sistemlərinin kabel xətlərinin, detektorların, əl ilə işə salma

düymələrinin, sirenaların, modul və idarəetmə panellərinin düzgün qoşulmasını və iş prinsipini

yoxlamaq;

Yanğın sistemlərinin digər mühəndislik sistemləri ilə

inteqrasiyasını təşkil etmək: HVAC, lift, girişə nəzarət, tüstü xaricetmə, ventilyasiya, BMS və digər

sistemlər;

Elektrik sxemlərinin, prinsipial sxemlərin, birxətli sxemlərin

və layihə çertyojlarının hazırlanması və oxunması;

Layihə üzrə elektrik

yüklərinin, kabel kəsiklərinin, qoruyucu aparatların və enerji təchizatı həllərinin hesablanmasını həyata

keçirmək;

Avadanlıq və materialların texniki spesifikasiyalarını

hazırlamaq və uyğunluğunu qiymətləndirmək;

Layihədə nəzərdə tutulmuş

avadanlıqların texniki parametrlərinin yoxlanılması;

Montaj

briqadalarının işinə texniki rəhbərlik və sahədə görülən işlərə nəzarət etmək;

Görülən işlərin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğunu

yoxlamaq;

Sistemlərin test, commissioning və sazlama işlərini həyata

keçirmək;

Yanğın siqnalizasiya sistemlərində yaranan texniki

nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırmaq;

İstismara

verilmiş sistemlər üzrə texniki yoxlamaların və profilaktik xidmətlərin təşkilində iştirak

etmək;

İcra olunmuş işlər üzrə as-built çertyojların, test

protokollarının, texniki hesabatların və digər icra sənədlərinin hazırlanmasına nəzarət etmək;

Sifarişçi, layihəçi, podratçı və digər mühəndislik qrupları ilə texniki məsələlərin

koordinasiyasını həyata keçirmək;

Sahədə texniki problemləri müəyyən

etmək, həll yolları hazırlamaq və icrasına nəzarət etmək;

Elektrik və

yanğından mühafizə sistemləri üzrə təhlükəsizlik qaydalarına və normativ tələblərə riayət olunmasını təmin

etmək.

Tələblər

Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali

təhsil;

Elektrik və yanğından mühafizə sistemləri üzrə minimum 3 il iş

təcrübəsi;

Yanğın siqnalizasiya sistemlərinin quruluşu, iş prinsipi,

montajı, proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik;

Elektrik

sxemlərini və layihə çertyojlarını sərbəst oxuma bacarığı;

AutoCAD

proqramında işləmə bacarığı;

Elektrik avadanlıqları, kabel sistemləri,

avtomatika və idarəetmə sistemləri üzrə bilik;

Yanğından mühafizə

sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası üzrə anlayış;

Test və commissioning proseslərinin aparılması üzrə praktiki təcrübə;

Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;

Azərbaycan Respublikasında tətbiq olunan müvafiq texniki norma və təhlükəsizlik tələbləri

barədə bilik;

MS Office proqramlarında işləmə

bacarığı;

Texniki problemləri analiz etmək və operativ həll etmək

bacarığı;

Sürücülük vəsiqəsinin olması arzuolunandır.

Üstünlük veriləcək

Adresli və konvensional yanğın siqnalizasiya sistemləri üzrə praktiki

təcrübə;

BMS və digər zəif axın sistemləri ilə inteqrasiya

təcrübəsi;

Layihələndirmə və commissioning sahəsində

təcrübə;

Müvafiq beynəlxalq standartlar (NFPA, EN 54 və s.) üzrə

bilik;

Tikinti və mühəndislik layihələrində sahə

təcrübəsi.

Şəxsi keyfiyyətlər

Yüksək məsuliyyət və intizam;

Texniki

düşüncə və analitik yanaşma;

Detallara diqqət;

Komanda idarəetmə və koordinasiya bacarığı;

Sifarişçi və podratçılarla peşəkar kommunikasiya;

Sərbəst qərarvermə və problem həll etmə bacarığı;

İşlərin vaxtında və keyfiyyətli icrasına yönümlülük.

İş şəraiti

İş qrafiki: Tam iş günü

İş yeri:

Bakı

Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun

olaraq, 2000 AZN-dən başlayaraq

Əmək müqaviləsi: Azərbaycan

Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.

Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Apply at the source

This role was published by Fire Safety Caspian Azerbaijan and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗