İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Security
- First seen
Description
Bakı
21.09.2026
BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdə informasiya təhlükəsizliyi proseslərinin qurulmasında və inkişaf etdirilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanmasına və yenilənməsinə dəstək olmaq;
- İT sistemləri və informasiya aktivləri üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsində iştirak etmək;
- Sistem və istifadəçi girişlərinə nəzarət prosesində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi risklərinin və potensial zəifliklərin müəyyən edilməsinə dəstək olmaq;
- Aşkar edilmiş təhlükəsizlik problemlərinin izlənilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılmasına və sənədləşdirilməsinə dəstək olmaq;
- İT sistemlərində təhlükəsizlik konfiqurasiyalarının yoxlanılmasında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üzrə daxili yoxlamalar və auditlər üçün məlumatların hazırlanmasına dəstək olmaq;
- Əməkdaşların informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üzrə standart və tələblərin (ISO 27001 və s.) tətbiqinə dəstək olmaq.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- İnformasiya təhlükəsizliyi, İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil;
- İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında bilik;
- Şəbəkə və əməliyyat sistemləri üzrə baza bilikləri;
- Windows və Linux sistemləri haqqında ümumi anlayış;
- İnformasiya təhlükəsizliyi riskləri və zəifliklər haqqında əsas anlayış;
- İnformasiya təhlükəsizliyi siyasət və prosedurları ilə işləməyə maraq;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Sənədləşdirmə və hesabat hazırlama bacarığı;
- Azərbaycan dili yaxşı, İngilis dili texniki sənədləri oxuya biləcək səviyyədə..
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni ” İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.
İşin aid olduğu sahə
Kateqoriya Bank və BOKT işçisi, İT
Previous article
Online satış üzrə kredit mütəxəssisi – BOKT “Caspian İnvest”
Next article
Kredit mütəxəssisi – AK GROUP Lombard
Banker.az_n1
http://banker.az
Apply at the source
This role was published by BOKT “Caspian İnvest” and listed via Banker.az. Applications are handled there, not on this site.
Original posting: https://banker.az/jobs/informasiya-t%c9%99hluk%c9%99sizliyi-uzr%c9%99-mut%c9%99x%c9%99ssis-bokt-caspian-invest/